Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hollandiya və Türkiyədən pomidor toxumu almırıq, çünki… – Sahibkar

Tarix 07.11.17, 5:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda xaricdən gətirilən toxumlarla müqayisədə az məhsuldarlığı olmayan pomidor toxumları yetişdirilir.

Bu barədə Trend-ə açıqlamasında sahibkar Ələkbər Nəsibov məlumat verib.

Onun sözlərinə görə, hazırda Ağdam rayonunda pomidor təsərrüfatı ilə məşğuldur: “Məhsuldarlıq ayrı-ayrı vaxtlarda müxtəlif miqdarda olur. Hər il 2-3 hektar sahədə pomidor əkirəm. Hektara 150 ton məhsul götürürəm. Məhsuldarlıq normaldır. Əvvəllər toxumları Hollandiya və Türkiyədən gətirirdik, Şəki və digər rayonlardan şitillər alıb əkirdik. Amma bir neçə ildir ki, özümüz pomidor toxumu yetişdiririk. Əsasən, Hollandiya sortu olan H-22 sortunu becəririk. Bu toxum əvvəllər Hollandiyadan gətirilsə də, indi buna ehtiyac qalmayıb. Həyətlərimizdə kiçik istixanalar düzəltmişik, Hollandiya və Türkiyə sortları olan pomidorların şitillərini yetişdirib sahələrə əkirik”.

Ə.Nəsirov deyib ki, Azərbaycanda yetişdirilən pomidor toxumlarının xaricdən gətirilən toxumlarla fərqi yoxdur: “Məhsuldarlıq da, xəstəliyə davamlılıq da eyni səviyyədədir. Bu prosesdə sahibkarların xərcləri də nicbətən az çıxır”.



Xəbərin oxunma sayı : 136




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap