Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hollandiyada koronavirusa qarşı təhlükəli eksperiment aparılır - “80 mindən çox insan ölə bilər“

Tarix 23.03.20, 13:47

Font ölçüsü : - / +
bitmap-img6


Bütün dünya koronavirusla mücadilə edərkən Hollandiyada dövlət səviyyəsində əhali üzərində təhlükəli eksperiment həyata keçirilir.

Musavat.com xəbər verir ki, bununla bağlı Almaniyanın “Süddeutsche Zeitung” qəzetində maraqlı yazı dərc olunub.

Müəllif Tomas Kirxner tərəfindən qələmə alınan məqalədə Hollandiya rəsmilərinin hazırda virusa qarşı əhali arasında kollektiv və qrup immunitetinin yaranması üzərində təcrübələr apardığı qeyd olunur.

Bu nəzəriyyəyə görə, əhalinin daha gənc və virusa davam gətirə bilən hissəsini kollektiv şəkildə yoluxduraraq, yaşlı və zəif insanlar üçün “müdafiə divarı” qurmaq hədəflənir. Bütün bu müddət ərzində yaşlılar cəmiyyətdən tam təcrid olunmalıdır. Hollandiyalılar bununla gənc insanlarda tədricən “COVİD-19”-a qarşı immunitet yaranacağına ümid edərək, gələcək nəsillərin xilas olunacağını bildirirlər.

“Biz həm virusun yayılmasının sürətini ləngidə, həm də eyni zamanda qrup immunitetini formalaşdıra bilərik”, - deyə baş nazir Mark Rütte xalqa müraciətində bildirib.

Yazıda kollektiv immunitet konsepsiyasının Böyük Britaniyadan gəldiyi qeyd olunur. Onun əsas təbliğatçısı Britaniya hökumətinin elmi müşaviri ser Patrik Vollensdir.

Lakin baş nazir Boris Conson kütləvi tənqidlərdən sonra ideyanı tətbiq etməkdən vaz keçib. Mark Rütte isə bu fikri əsl elmi həqiqət hesab edir.

Hollandiyada belə təcrübənin ən qızğın tərəfdarı İctimai səhiyyə və ətraf mühit məsələləri üzrə milli institutun baş virusoloqu Yaap van Dissel hesab olunur.

“İdeya bundan ibarətdir ki, biz virusu səhhəti ilə heç bir problemi olmayan insanlar arasında və nəzarətimiz altında yaymağı planlaşdırırıq”, - deyə o, bildirib.

Lakin Ümümdünya Səhiyyə Təşkilatı bu fikri olduqca təhlükəli hesab edir. Çünki xəstəlikdən qurtulan insanlarda virusa qarşı immunitet yaranması hələ tam sübut olunmayıb.

“Biz hələ bu virusun məntiqi inkişafını anlamaq üçün kifayət qədər biliklərə malik deyilik. İkincisi, ehtiyat tədbirləri görülmədiyi təqdirdə, situasiyanın nəzarətdən çıxmaq ehtimalı da böyükdür”, - deyə ÜST təmsilçisi Marqaret Harris xəbərdarlıq edib.

“Qrup immunitetinin yaranması üçün əhalinin 60%-i virusa yoluxdurulmalıdır. Lakin bunun nəticəsində təkcə Hollandiyada, özü də ən yaxşı halda, 80 mindən çox insan ölə bilər”, - deyə mikrobioloq Roel Koutinyo bildirib.

Hollandiyanın özündə də Mark Rütteni sağ partiyaların nümayəndələri sərt tənqid ediblər.

Parlamentdə fraksiyası olan “Demokratiya uğrunda forum” partiyasının lideri Tyerri Bode hökuməti “qrup immuniteti kimi ağılsız və sərsəm fikirdən vaz keçməyə” çağırıb.



Xəbərin oxunma sayı : 559




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap