Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

III Avropa Oyunlarını keçirmək Azərbaycana təklif olundu –Məktub göndərdilər

Tarix 22.01.19, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Olimpiya Komitəsi (AOK) Azərbaycana III Avropa Oyunlarını keçirməyi təklif edib.

AzFakt.com “oxu.az”a istinadla xəbər verir ki, ilin sonunda AOK Azərbaycan da daxil olmaqla əlli üzvünə III Avropa Oyunlarının 2023-cü ildə keçirilməsi üçün tenderdə iştirak etməyə çağırış edən məktub göndərib.

Artıq Polşa Katovitse şəhərinin namizədliyini irəli sürüb. Polşa Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Poreba və Katovitse merinin müavini Mariuş Skiba yanvarın 18-də AOK-un qərargahı olan İtaliyanın paytaxtı Romaya bu təkliflə gedib.

Qeyd olunub ki, bu ilin əvvəlində Qılıncoynatma üzrə Dünya Kubokuna ev sahibliyi etmiş Katovitse digər Polşa şəhəri ilə də birgə bu yarışı keçirə bilər. Həmçinin paytaxt Varşavanın cənubundan 290 km aralıda olan Katovitsenin bu il Ümumdünya Anti-Dopinq Agentliyinin prezident seçkilərinin keçiriləcəyi konfransa ev sahibliyi etməsi şəhərin əhəmiyyətini artırıb.

Həmçinin AOK-un italiyalı baş katibi Raffaele Panyotsi bildirib ki, başqa bir neçə Avropa ölkəsindən də onlara müraciət olub. AOK-un sloveniyalı prezidenti Yanez Kotsiyançiç isə yaxşı maliyyə imkanları vəd edən təkliflər aldığını bu ayın əvvəllərində qeyd edib.

Müraciət üçün son tarix isə bu ilin 28 fevralıdır. Yanvarın 25-də AOK İcraiyyə Komitəsi namizədləri müzakirə edəcək. İyunun 20-də isə təşkilatçı ölkənin adı açıqlanacaq.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.



Xəbərin oxunma sayı : 346




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap