“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Jurnalistlərin 3-cü binası hazırdır – Mənzillər kimlərə veriləcək?

Tarix 29.06.20, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü “Jurnalist binası” istifadəyə demək olar ki, hazırdır.

Bu günlərdə bir neçə dəfə binaya baş çəkən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni rəhbərliyi aparılan yekun tamamlama işlərinə nəzarəti gücləndirib.

Hələlik 3-cü “Jurnalist binası”nın açılış mərasiminin nə vaxt olacağı məlum deyil.

Əməkdaşımız bununla bağlı KİVDF-dən hər hansı məlumat almağa çalışsa da, cavab verilməyib.

Sosial şəbəkələrdə isə mətbuat nümayəndələrinin bina ilə bağlı müzakirələri daha da qızışıb. Kimi mənzillərin verilməsi şərtlərinin dəyişdirilməli olduğunu düşünür, kimi isə bununla bağlı yeni təkliflər irəli sürür.

Görünən odur ki, yeni binadakı mənzillərə iddialıların sayı həddindən artıq çoxdur. Onların arasında gənclər də, orta nəsildən olanlar da, ahıl jurnalistlər də, mediada çalışan texniki işçilər də var.

Hamını düşündürən “mənzillər hansı şərtlərlə veriləcək”, “3-cü bina Milli Mətbuat günündə paylanacaqmı” kimi suallara isə hələ ki heç kim cavab verə bilmir.

Məlumata görə, KİVDF-inin lap yaxın günlərdə 3-cü bina ilə bağlı məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

Jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir. (modern.az)




Xəbərin oxunma sayı : 1450




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap