Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Köhnə qəsəbə, yeni görünüş - VİDEO

Tarix 24.09.20, 23:08

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət əvvəl Balaxanı qəsəbəsində olan nəzərlər indi də Bakının cənub girişində başqa bir yerə – Bibiheybət qəsəbəsinə yönəlib. Burada işlər hələ tam başa çatmasa da, qəsəbənin bir hissəsi artıq təmir olunub, yenilənib. Necə deyərlər, bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.

AzFakt.com xəbər verir ki, Baku Tv yenilənmiş Bibiheybətdən maraqlı süjet hazırlayıb.

Qədim tarixə malik olan qəsəbə yeni rənglərə boyanıb – küçələr daşlarla döşənib, çəlləklərdə bitkilər və divarlarda maraqlı dekorasiyalar peyda olub. Balaxanı üslubuna görə Yunanıstanın Santorini şəhəri ilə müqayisə edilirdisə, Bibiheybət yeniləşmədən sonra İtaliyanın sahilyanı qəsəbələrinə daha çox oxşayır. İşlər yalnız vizual olaraq görünən gözəlliklərdən ibarət deyil, eyni zamanda binalaların fasadları və kanalizasiya xətləri də təmir olunub.

Eyni zamanda, Bibiheybət kəndində iş yerləri də açılıb. Belə ki, müxtəlif sənətkarlıq nümunələri sexlərinin yaradılması da nəzərdə tutulub.

Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, son mərhələdə qəsəbədə ağaclar əkiləcək, oturacaqlar qoyulacaq, ərazi tamamilə təmizlənəcək və həm yerli, həm də xarici turistlərin qəbulu üçün hazırlanacaq.

Eyni zamanda, Bakının Əmircan və Ramana kimi bir sıra digər qəsəbələrində də yenidənqurma işləri aparılır.






Xəbərin oxunma sayı : 442




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap