Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Köhnəlmiş Neft Emalı Zavodu Bakını belə zəhərləyir... - Foto - Video

Tarix 07.11.18, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Bu foto və videokadrlar bu gün səhər saatlarında Bakıda çəkilib.

Virtualaz.org xəbər verir ki, səmada görünən qara tüstü Bakı Neft Emalı Zavodunun təmizləmə qurğularından buraxılır. Və bu mənzərə illərdir davam edir.

Uzun illərdir ki, bu zavod paytaxtda havanın içirklənməsinin əsas mənbəyidir. Zavodun fəaliyyəti köhnə texnologiyalara əsaslanır. Bu səbəbdən havanı çirklənmə əmsalı müasir texnologiyalar əsasında qurulan neftayırma zavodlarına nisbətən dəfələrlə yüksəkdir.

Qeyd edək ki, hazırda bu zavodda əsaslı yenidənqurma işləri başlayıb. SOCAR zavodun yenidən qurulmasına 2 milyard dollar xərcləməyi planlaşdırır. Yenidənqurma prosesi ilə bağlı istehsalın dayandırılacağı gözlənilir. Amma hələ ki zavod işləyir və havanı çirkləndirməkdə davam edir.

Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı virtualaz.org-a açıqlamasında deyir ki, təşkilat yaranan gündən neft layihələrində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirinin monitorinqini aparır və hər il xüsusi hesabatlar hazırlanır. Hesabatlarda bu vaxta qədər şirkətlərin nə qədər cərimə ödədikləri qeyd olunur, amma şirkət rəhbərləri cəzasız qalır.

Köhnəlmiş Neft Emalı Zavodu Bakını belə zəhərləyir... -

“Son 5 ildə təkcə BP şirkəti ətraf mühiti çirkləndirdiyi üçün 1 milyon 240 min manatdan çox cərimələnib, SOCAR-a 500 min manata qədər cərimə yazılıb. SOCAR bəhanə gətirir ki, Neft Emalı Zavodunda avadanlıqlar köhnədir. Biz havaya qara tüstünün atılması ilə bağlı bu ilin iyun ayında sosial şəbəkədə yazan kimi Ekologiya Nazirliyi reaksiya verdi. Səhər saat 4-dən 6-ya kimi havaya nə atırlarsa, ətrafda yaşayan insanlar nəfəs ala bilmir”-Qəhrəmanlı deyir.

Hüquq müdafiəçisi deyir ki, 2-3 il əvvəl monitorinq aparılıb, nəticədə NZS və digər yaxın qəsəbələrdə yaşayan 3 yaşına kimi uşaqlarda qəribə virus tapılıb.

“Təkcə bu ilin yayında həmin zavod bildiyimə görə, 40 min manat cərimələnib. Oktyabr ayında yenidən nazirliyə yenidən müraciət etdik. Düzdür, ETSN cərimə tətbiq edir. Amma bu cərimə idarə rəhbərinin cibindən getmir. Heç bilinmir o cəriməni ödəyirlər, ya yox. Bu həm də Səhiyyə Nazirliyini düşündürməlidir. Çünki tullantılarda insan orqanizmi üçün fəsad törədən maddələr var. Havaya bu maddələri atanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”-M.Qəhrəmanlı bildirib.

Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, məsələdən xəbərdardırlar. Hazırda nazirliyin əməkdaşları sözügedən ərazidə araşdırma aparırlar. Nəticəsi ilə bağlı gün ərzində məlumat veriləcək.

Xatırladaq ki, Bakı Neft Emalı Zavodunda texnoloji proseslərin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu və tüstünün yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə cərimələnib.

Bu ilin may ayında zavoda hüquqi şəxs qismində 20 min, sex rəislərimə isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib.

Sonuncu dəfə bu ilin sentyabr ayında nazirliyin Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıblar. 

Aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft Emalı Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri tərəfindən aparılan analizlərin nəticəsi olaraq həmin ərazilərdə havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyənləşib.

Nazirlik tərəfindən zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan "məcburi göstəriş" verilib. Lakin zavod hələ də Bakını zəhərləməkdə davam edir...








Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap