Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Könüllü Vətən müharibəsinə qatılan şəhid Elnur Həsənov - VİDEO

Tarix 11.01.21, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


Şuşanı ailəsi ilə birlikdə gəzmək 28 yaşlı şəhid Elnur Həsənovun ən böyük arzusu idi. O, bunu görməsə də, onun bu arzusu reallaşdı, Şuşa düşmən tapdağından azad oldu. İndi Şuşa mənzərəsini seyr edib, onun havasını ciyərlərinə çəkən, o torpaqlara ayaq basan hər kəs bunun şəhidlərimizin, qazilərimizin qanı bahasına gerçəkləşdiyini anlayır.

AzFakt.com xəbər verir ki, Elnur Həsənov Ağstafa şəhərində doğulub boya-başa çatıb. Yaxınları onu təşkilatçı, xeyirdən-şərdən qalmayan, istiqanlı və şirindil bir gənc kimi xatırlayır. Tovuz hadisələri başlayanda o, adını könüllü Səfərbərlik Xidmətinə yazdırıb. Vətən müharibəsinə isə böyük ürəklə qatılıb.

Atası deyir ki, Elnur bir müddət döyüşlərə qatıldığını gizli saxlayıb, onlara Gəncədə olduğunu deyib. Sonrada öyrəndik ki, əslində o döyüşlərdə iştirak edirmiş. “Noyabrın 8-i günorta baş verən güclü atışmada Elnur başından və ayağından qəlpə yarası alır və şəhid olur. Döyüş yoldaşları deyir ki, o, döyüşə gülə-gülə gedirdi, heç nədən qorxmurdu. Hədəfi isə çox gözəl nişan alırdı”.

Elnur son nəfəsinə kimi döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa ətrafında döyüşlərdə fəallıq göstərən şəhidimiz düşmənə sarsıdıcı zərbə endirən əsgərlərimizdən biri olub. Yaralı olduğu halda döyüşü davam etdirib.

Anası Nazilə Həsənova Elnurla fəxr etdiyini deyir: “Bu gün hər bir şəhid, qazi anası övladı ilə fəxr edir. Ona görə ki, şəhidlərimizin, qazilərimizin qanı bahasına 30 ilə yaxın bir müddətdə işğal altında olan vətən torpağını düşməndən geri aldıq. Təsəllimiz odur ki, şəhidlərimizin qanı yerdə qalmadı. Noyabrın 10-da gecə saat 3-də bildim ki, müharibə dayanıb. Sevincimdən bütün gecəni yatmadım. Heç bilmirdim ki, mənim oğlum şəhid olub...”

Bacısı Gülnar da qardaşı ilə fəxr etdiyini söyləyib. Deyir ki, Elnuru işğalda olan torpaqlarımız həmişə narahat edib. “Qardaşımla fəxr edirəm, onunla qürur duyuram. Mənə çox gözəl qardaş olub. Mənim dayağım olub. Ən böyük arzusu Şuşanın azad edilməsi idi. Deyirdi Şuşa azad olunsun, gedib orda istirahət edərik, gəzərik...”

Elnur Həsənov 44 günlük müharibədə sonadək döyüşdü. “Dəmir yumruq” əməliyyatının iştirakçısı oldu və qələbə günü şəhidlik zirvəsinə yüksəldi. İndi onun xatirəsi doğmalarının deyil, ümumilikdə xalqımızın qəlbində əbədi yaşayır.(azərtac)



Açıklama yok.
Açıklama yok.
Açıklama yok.






Xəbərin oxunma sayı : 718




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap