Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kür çayının işğalı ilə bağlı şok görüntülər yayıldı - Fotolar

Tarix 08.08.19, 17:33

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün əvvəl bir qrup Mingəçevir şəhər sakini Kür çayının zəbt olunması ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.

AzFakt.com xəbər verir ki, müraciət müəllifləri çayın sahilində deyil, çayın içərisində qanunsuz olaraq tikinti işlərinin aparılmasından narahat olduqlarını bildirmişdilər. Həmin vaxt fotolar da müraciətə əlavə olunmuşdu.

Bu gün sözügedən ərazidə aparılan tikinti işlərinin yeni görüntüləri yayılıb. Bəlli olur ki, tikinti nəinki dayandırılıb, iş daha da sürətlənib. Əgər bir neçə gün əvvəl tikinti işi çayın içərisinə doğru bir neçə metr uzanırdısa, bu gün yayılan fotolardan görünür ki, artıq bu işlər çayın ortasına qədər çatır. 

Qeyd edək ki, sözügedən restoran tikintisi Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku” reqatası keçirlən hissəsində aparılır və həmin ərazinin “Sədərk Yusif” adı ilə tanınan iş adamı Yusif Qədimbəyliyə məxsus olan “DEKA” şirkətinə satıb.

8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi bu tikintinin qarşısının alınması üçün müdaxilə etsə də, buna nail ola bilməyib. Hətta qanunsuz tikintinin dayandırılması üçün verilən “Məcburi göstəriş” yerinə yetirilməyib.

Təqdim etdiyimiz fotoları Azbelediyye.az saytı yayıb.(Yeni Sabah)





Xəbərin oxunma sayı : 499




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap