Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Kürəkən elektrik mişarı ilə qayınatasını ağır yaralayıb –Oğuzda

Tarix 01.04.18, 23:32

Font ölçüsü : - / +
bitmap-img6


Oğuzda 27 yaşlı kişi odun doğrayan elektrik mişarı ilə qayınatasını doğrayıb

Hadisə bu gün günorta saat 14 radələrində rayonun Xaçmaz kəndində baş verib. 

Xaçmaz kənd sakini 1961-ci il təvəllüdlü Tərlan Zeynal oğlu İmanov ilə qızı Mehribanın əri, rayonun Padar kənd sakini olan 1991-ci il təvəllüdlü Səfa Eldar oğlu Fətəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.  Mübahisə zamanı S. Fətəliyev əlində olan odun doğrayan elektrik mişarı ila qayınatasına müxtəlif dərəcəli ağır və orta-ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.  

İlk öncə Oğuz Mərkəzi Rayon Xəstəxanasında (MRX) ilkin tibbi yardım alan Tərlan İmanov vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Şəki MRX-dan APA-ya verilən məlumata görə, T. İmanova döş qəfəsinin sol nahiyəsinin, sol baldır və sağ əlin kəsilmiş daxilə nüfuz edən və  didilmiş yaraları diaqnozu qoyulub. T. İmanovun üzərində hazırda cərrahiyə əməliyyatı aparıldığı bildirilir.

Faktla bağlı  Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)



Xəbərin oxunma sayı : 295




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap