Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

KİV: Aqramunt istefaya getməyə razılıq verib

Tarix 26.04.17, 4:28

Font ölçüsü : - / +
bitmap-img6


AŞPA sədri Pedro Aqramunt yalnız İspaniya kralının assambleyaya səfərindən sonra istefası barədə elan edəcək, səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı bəyanatı isə may ayının 9-da verəcək. Virtualaz.org xəbər verir ki, bu məlumatı öz mənbələrinə istinadən “Avropa həqiqəti” nəşri yayıb.

Xatırladaq ki, mart ayında Aqramunt Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya səfər edib və bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb. AŞPA üzvləri görüş faktını qınayıblar və xüsusi dinləmələr təyin ediblər, Ukrayna isə Aqramuntun istefasını tələb edib.

Nəşrin yazdığına görə, Aqramunt vəzifəsindən o şərtlə getməyə razıdır ki, İspaniya kralı VI Filippin aprelin 27-də plenar toplantıda çıxışı zamanı prezident kürsüsündə qala bilsin.

Öz növbəsində, siyasi qrupların rəhbərləri könüllü istefa müqabilində bu şərtə razı olduqlarını bildiriblər.

“İstefanın sxemi belə olacaq: Aqramunt sessiya zalında nə çərşənbə, nə cümə axşamı, nə də cümə günü görünməyəcək, yalnız kralı zala müşayiət edəcəyi və onun 1 saatlıq çıxışı zamanı rəyasət heyətindəki yerindən çıxışı dinləyəcəyi vaxt istisna olmaqla”, - mənbə qeyd edir.

Bundan sonra o, kralı vətəninə yola salacaq, sessiya bağlı elan edildikdən sonra isə Büronun iclasına gələrək rəsmən istefa etdiyini bildirəcək. Bunun birlikdə, istefa hələ 3 ay rəsmiləşdirilməyəcək.

Nəşr yazır ki, vəzifəsindən getməsi ilə bağlı yazılı ərizəsini Aqramunt özü ilə birlikdə mayın 29-da Praqada keçiriləcək prezident komitəsi ilə AŞPA Bürosunun görüşünə gətirəcək.



Xəbərin oxunma sayı : 118




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap