Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Jurnalistlərə mənzillər nə zaman veriləcək? - KİVDF-dən açıqlama

Tarix 05.06.20, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


İyul ayının 22-də Azərbaycan Mətbuatının 145 yaşı tamam olur. Bu il mətbuat nümayəndələri üçün əhəmiyyətli tədbirlərdən birinin – jurnalistlərin üçüncü binasının istifadəyə verilməsinin də reallaşacağı güman edilir.

Artıq bununla bağlı sosial şəbəkələrdə mətbuat nümayəndələrinin müzakirələri də qızışıb. Kimi mənzillərin verilməsi şərtlərinin dəyişdirilməli olduğunu düşünür, kimi isə qaydaların yumşaldılmasını məsləhət edir. Buna baxmayaraq, üçüncü binanın Mətbuat günündə təhvil verilməyəcəyini, bu baş tutsa belə, şərtlərin tamamilə yenilənəcəyini iddia edənlər də var.

AzFakt.com xəbər verir ki, Modern.az bu və digər iddialara aydınlıq gətirilməsi üçün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) ilə əlaqə saxlayıb.

Fondun mətbuat katibi İlkin Nadirov bildirib ki, jurnalistlərin binası ilə bağlı hər hansı bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:

“İndiki məqamda yalnız bunu deyə bilərik. Mətbuat günündə mənzillərin verilməsinin baş tutub-tutmayacağına gəlincə, bu barədə də hər hansı yenilik olarsa, mütləq bildiriləcək”.

Qeyd edək ki, aprel ayının 4-də prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub.

Prezidentin daha bir sərəncamı ilə Əhməd İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin olunub.



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap