Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kabinetdə futbol: sədr “Qəbələ”nin, Xudiyev “Keşlə”nin keşiyində

Tarix 30.11.17, 0:06

Font ölçüsü : - / +
bitmap-img6


Hakim-İnspektorlar Komitəsinin təyinatları da maraqlıdı. Əli Hüseynovun rəhbərlik etdiyi qurumun işindəki qəribəlik odur ki, hakim-inspektorlarla AFFA nümayəndələrinin sayında ciddi fərq var. Sanki Əli bəy inspektorlarının sayını bilərəkdən az müəyyənləşdirib ki, onlar daha çox oyuna gedib, daha çox qonorar alsınlar. 8 komandalı çempionat üçün 13 hakim-inspektor, 20 AFFA nümayəndəsi müəyyənləşdirilib. Buna görə də inspektorlar 13 tura orta hesabla 4, nümayəndələr 3 matçda iş başında olublar.
 
Peşəkar Futbol Liqasında məsul vəzifə tutan Məlik Həsənov hamıdan çox – 5 matçda iş başında olub. Lakin Hüseynovla dostluğunun nəticəsidi ki, rekordçu olmasına rəğmən, Bakıdan kənara çıxmayıb. Sanki Qəbələ, Gəncə, Sumqayıt onun üçün yad məkanlardı.
 
Məlik Həsənov – 5 oyun
“Neftçi” – “Qarabağ” 1:3
“İnter” – “Sumqayıt” 1:1
“Qarabağ” – “Zirə” 0:0
“Neftçi” – “Sumqayıt” 2:1
“Zirə” – “Qarabağ” 2:3
 
Asim Xudiyev də “seçilənlərdəndi”. O da 5 oyuna təyinat alıb və o da paytaxtı tərk etməyib. Xudiyevlə bağlı ən qəribə məqam odur ki, təyinat aldığı 5 matçdan 4-də “İnter”in (“Keşlə”) qulluğunda olub. Və bu 4 matçdan 3-də də “İnter” ev sahibi olarkən Asim bəy iş başında olub. Görünür, bu klubun Müşahidə Şurasının üzvü olduğundan, Əli Hüseynov dostunu əziyyətə salmaq istəmir. Xudiyev “Keşlə”nin matçlarında həm də klub rəhbərliyi ilə başqa işlərlə məşğul olur – həm klubun, həm də çalışdığı Futzal Federasiyasının prezidenti Zaur Axundovla (o, həm də şura sədridi) birgə bu qurumun problemlərini müzakirə edir.
 
Asim Xudiyev – 5 oyun
“İnter” – “Qəbələ” 1:2
“İnter” – “Kəpəz” 3:2
 “Zirə” – “Kəpəz 3:0
“Keşlə” – “Kəpəz” 0:2
“Neftçi” – “Keşlə” 3:1
 
Digər hakim-inspektorların bəziləri ilə bağlı da maraqlı durum var. Məsələn, Əhmədağa Cabbarov 4 oyundan 2-ni Gəncədə keçirib, Əli Hüseynovla Vüsal Əliyev isə 3 dəfə “Qəbələ”nin matçında olub, sanki daim hakimlərin köməyini görən bu komandanın qoruyucularıdılar. Füzuli Nəcəfovun təyinat aldığı hər 3 oyunda “Səbail”in yanında olması da maraqlı faktdı.
 
Murad Məmmədov – 4 oyun
“Qarabağ” – “İnter” 1:0
“Qəbələ” – “Neftçi” 2:1
“Sumqayıt” - “Zirə” 2:1
“Qarabağ” – “Sumqayıt” 2:0
 
Əhmədağa Cabbarov – 4 oyun
“Kəpəz” – “Zirə” 0:3
“Zirə” – “İnter” 1:1
“Sumqayıt” – “Qəbələ” 0:1
“Kəpəz” – “Qarabağ” 0:2
 
Şahin Cəfərov – 4 oyun
“Qəbələ” – “Sumqayıt” 1:0
“Qarabağ” – “Kəpəz” 2:0
“Səbail” – “Neftçi” 0:4
“Sumqayıt” – “Keşlə” 3:1
 
Fazil Mürşüdov – 4 oyun
“İnter” – “Səbail” 1:0
“Səbail” – “Kəpəz” 1:0
“Səbail” – “İnter” 1:0
“Kəpəz” – “Səbail” 2:3
 
Kərim Ağayev – 4 oyun
“Neftçi” – “Kəpəz” 0:0
“Səbail” – “Sumqayıt” 0:2
“Qarabağ” – “Səbail” 1:0
“Keşlə” – “Zirə” 0:1
 
Məhəmməd Məmmədov – 4 oyun
“Zirə” – “Sumqayıt” 3:1
“Qarabağ” – “Sumqayıt” 4:1
“İnter” – “Qarabağ” 0:2
“Zirə” – “Neftçi” 1:0
 
Əli Hüseynov – 4 oyun
“Qarabağ” – “Qəbələ” 2:1
“İnter” – “Neftçi” 0:2
“Qəbələ” – “Qarabağ” 1:0
“Neftçi” – “Qəbələ” 2:3
 
Vüsal Əliyev – 4 oyun
“Qəbələ” – “Zirə” 1:1
“Qəbələ” – “Kəpəz” 0:2
“Zirə” – “Qəbələ” 2:1
“Sumqayıt” – “Səbail” 0:0
 
Rövşən Əhmədov – 3 oyun
“Zirə” – “Səbail” 2:1
“Sumqayıt” – “Neftçi” 1:0
“Kəpəz” – “Qəbələ” 1:6
 
Xaqani Məmmədov – 3 oyun
“Sumqayıt” – “Kəpəz” 1:0
“Neftçi” – Zirə“ 1:2
“Kəpəz” – “Neftçi” 0:1
 
Füzuli Nəcəfov – 3 oyun
“Səbail” – “Neftçi” 1:0
“Səbail” – “Qəbələ” 1:3
“Qəbələ” – “Səbail” 3:1
 
Futbolinfo.az



Xəbərin oxunma sayı : 256




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap