Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR Röya yeni paylaşımıyla göz oxşadı - FOTO Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR Xalq artisti bikinidə belə poz verdi - FOTO
Axtar
 
  • / Maqazin / — 25 Avqust 2022

    Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR

  • / Maqazin / — 17 Avqust 2022

    Röya yeni paylaşımıyla göz oxşadı - FOTO

  • / Maqazin / — 14 Avqust 2022

    Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR

  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

Kamran Əliyev azad olunmuş ərazilərin prokurorlarına tapşırıqlar verib - FOTO

Tarix 21.09.22, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


Baş Prokuror Kamran Əliyev işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən mülki və hərbi prokurorlara tapşırıqlar verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ağdam şəhərində keçirilən əməliyyat müşavirəsində qeyd edilib ki, Azərbaycanın Prokurorluq orqanları da Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olaraq səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı şəraitdə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə zəruri istintaq hərəkətləri həyata keçiriblər.

Müşavirədə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının diqqət mərkəzində saxlandığı qeyd edilməklə Azərbaycan Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi bildirilib.

Baş prokuror Kamran Əliyev müşavirədə xüsusi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülməklə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmalıdır.





Xəbərin oxunma sayı : 475

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap