Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kanada nəşəxorları kef edəcək - ölkə ziyalıları isə marixuananın leqallaşdırılmasını təhlükəli sayırlar

Tarix 22.10.18, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi, bu ilin oktyabr ayının 17-dən etibarən Kanadanın həddi-büluğa çatmış əhalisinə marixuananı şəxsi zövqlərinə uyğun istifadə etmələrinə icazə verilib. Kanada vətəndaşları narkotik bitkini federal hökumətdən xüsusi lisenziya almış satıcılardan ala biləcəklər.

BBC-nin xəbərinə görə, Kanada dünyada marixuananın ən çox istifadə edildiyi ölkələrdən biri sayılır.

Məsələn, keçən il kanadalılar marixuanadan istifadəyə görə 5,7 milyard Kanada dolları (4,6 milyard ABŞ dolları) xərcləyiblər. Bu isə ildə bir adama 1200 dolların düşdüyünü göstərir.

Ekspertlərin rəyinə görə, baş nazir Castin Trüdo seçki öncəsi vədlərindən birini yerinə yetirdiyinə görə öyünə bilər, lakin bunun ölkə iqtisadiyyatına vurduğu zərər təxmin ediləndən çoxdur.

Yeni qanuna əsasən marixuananı lisenziya almaqla adi evlərdə belə yetişdirmək mümkün olacaq.

Картинки по запросу canada marijuana


Burada evi kirayəyə verən vətəndaşlar narahatlıqlarını ifadə edilər. Çünki hər hansı kirayənişin yaşadığı mənzildə bu işlə məşğul ola blər.

Buna öncədən hazırlıq görənlər də var. Məsələn, Alberta əyalətinin iri torpaq sahibləri öz ərazilərində heç vaxt marxuananın əkilməsinə izn verməyəcələrini bildiriblər.

Artıq dünyanın bir çox qlobal məşhur brendləri yeni qanundan əməlli-başlı faydalanmaq niyyətindədirlər.Çünki anallitiklərin hesablamalarına görə, bundan sonra marixuananın istehlak həcmi 4,2 milyard ABŞ dollarından 8,7 milyarda qalxa bilər. Özü də təxminən 3,4-6 milyon adamın marixuanadan məhz leqallaşdırmadan sonra istifadə etməyə başlayacağı güman olunur.

Təbii ki, bu rəqəm iri korporativ oyunçuların diqqətini çəkməyə bilməz.

Məsələn, “Coca-Cola” özünün fitnes-içkilərinin inqridientlərində psixi aktivlik törətməyən kannabidiolun qarışdırılmasına maraq göstərir.

Bununla bağlı şirkət Kanadanın narkotik tərkibli içkilərin lisenziyalı istehsalı ilə məşğul olan “Aurora Cannabis” şirkəti ilə danışıqlar aparır.

Картинки по запросу canada marijuana coca cola


“Corona” pivə markasının sahibi “Constellation Brands” isə tibbi marixuananın istehsalçısı “Canopy Growth” şirkətinin səhmlərini almaqla ona sərməyə qoymağa başlayıb. Bununla “Constellation Brands” “Canopy Growth”un preparatları əsasında özünün marixuana əlavə edilmiş spirtsiz pivə içkilərini buraxmaq istəyir.

Картинки по запросу “Constellation Brands” “Canopy Growth”

Artıq “Canopy” və “Aurora” kimi digər marixuana istehsalçıları da yeni zavodların tikintisinə və istehsalatlarını genişləndirməyə başlayıblar.

Ekspertlər işin təhlükəli yanını iqtsadiyyatın yeni sahəsinin sadəcə bir neçə şəxsin əlində cəmləşməsi, onların sıravi vətəndaşların torpaq sahələrini ələ keçirməsi, əldə oluan milyardlarla pul vasitəsilə artıq siyasət, hökumətlər, hətta məhkəmə üzərində öz hökmranlıqlarını qurmaq imkanlarını əldə etməsində görürlər.

Картинки по запросу cannabis mafia

Hələ Kanada kimi demokratiya və hüquqi dövlət anlayışının ən yüksək olduğu bir dövlətdə belə təhdidlər mövcuddursa, Gürcüstan, Azərbaycan kimi ölkələrdə hansı fəsadların törənə biləcəyini təsəvvür etmək çətin deyil.




Xəbərin oxunma sayı : 271




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap