“Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni
Axtar
 
  • / Maqazin / — 30 İyun 2020

    “Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə

  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

  • / Maqazin / — 16 İyun 2020

    Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR

  • / Maqazin / — 10 İyun 2020

    “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni

  • / Maqazin / — 08 İyun 2020

    “Qarınlı kişilər üçün ürəyim gedir“ - Mina Hüseyn

  • / Maqazin / — 06 İyun 2020

    “Ürəyimdə problemlər yaranıb” - Məleykə Əsədova

Karantin dövründən sui-istifadə edən işəgötürənlər ifşa edildi - VİDEO

Tarix 24.05.20, 23:22

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi işəgötürənlər vətəndaşın sərbəst hərəkətini təmin etmək üçün onunla bir neçə günlük əmək müqaviləsi bağlayıb.

AzFakt.com xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti karantin dövründə "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir. Məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının və ixtisarın qarşısını almaqdır.

Nəzarət zamanı son günlər ayrı-ayrı işəgötürənlər tərəfindən karantin dövründə altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi müşahidə olunub. Hətta bağlanmış əmək müqavilələrindən bəzilərinə bir və ya bir neçə gün sonra xitam verilib.

Bu hallara yol verən işəgötürənlər barədə materiallar toplanaraq hüquq-mühafizə orqanlarına göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənləri mövcud şəraitdən sui-istifadə edərək ixtisara yol verməməyə çağırıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti altisistem vasitəsilə işəgötürənlərə xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar və bildirişlər də göndərib.





Xəbərin oxunma sayı : 220

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda