“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Karantin rejimində sürücülər 8103 SMS xidmətindən necə icazə alacaq? – Yeni qayda

Tarix 02.07.20, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da  8103-ə göndərməlidir.

Təsdiq mesajı gəldikdən sonra vətəndaş şəxsi avtomobili ilə 2 saat müddətində yaşayış yerini tərk edə bilər.

Qeyd edək ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib. Bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək. Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Xatırladaq ki, daha əvvəl sui-istifadə hallarına yol verilməsinin qarşısının alınması məqsədilə 8103 SMS icazə ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

Belə ki, müvafiq kod üzrə SMS icazənin cavab gəlişinin müddəti 15 dəqiqəyə qədər artırılıb. Bundan əlavə gün ərzində vətəndaşın müvafiq kodlardan yalnız biri ilə iki saatlıq yaşayış yerini tərk etməsinə icazə verilib/Report.




Xəbərin oxunma sayı : 1585




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap