Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kartofun gömrük rüsumu niyə artırıldı? –Vahid Məhərrəmli qiymətin artacağını proqnozlaşdırır

Tarix 06.09.18, 0:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana idxal olunan kartofun gömrük rüsumu iki dəfə artırılıb. Nazirlər Kabinetinin bazar ertəsi günü qəbul etdiyi qərarda belə deyilir. Sənəddə göstərilir ki, ölkəyə idxal olunan kartofun rüsumu 15 faizdən 30 faizə qaldırılıb.

Nazirlər Kabineti bu qərarı Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılmış birgə təklifinə əsasən verdiyini qeyd edib. Qərar 2018-ci ilin oktyabrın 31-dək qüvvədədir.



Kənd təsərrüfatı üzrə təhlilçi Vahid Məhərrəmli “BBC News Azərbaycanca”ya deyib ki, bahalaşma istehlakın azalmasına səbəb olacaq.

“Ölkəyə gətirilən kartofa rüsum dərəcəsi artırılırsa, bu o deməkdir ki, məhsul alıcıya daha baha təklif olunacaq. Bu da təbii ki, istehlakın azalmasına gətirib çıxaracaq”.

V. Məhərrəmli hesab edir ki, bu, əhalinin onsuz da aşağı olan alıcılıq qabiliyyətini daha da azaldacaq.

Təhlilçinin fikrincə, hökumətin bu artım qərarı daxili bazarın qorunmasına, istehsalın artımına yönəlməyib.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2013-cü ildə ölkəyə 63 min tona yaxın kartof gətrilibdisə, 2017-ci ildə bu rəqəm 161 min tona yaxın olub.




Xəbərin oxunma sayı : 364




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap