Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Kasko sığortanı seçənlər problem yaşamamaq üçün nə etməlidirlər? - VİDEO

Tarix 13.06.26, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


Artıq uzun illərdir ki, sürücülər icbari sığorta ilə yanaşı, avtomobillərini kasko sığorta da etdirə bilirlər.

Baku TV-nin məlumatına görə, ilk illərdə bu sığorta növünə maraq az olsa da, son dövrlərdə müraciətlərin sayında ciddi artım müşahidə olunur.

Sığorta üzrə ekspert Emil Ağabağırov bildirib ki, kasko sığortası vətəndaşlara avtomobillərini müxtəlif risklərdən sığortalamaq imkanı yaradır:

"Vətəndaşlar kasko sığortası əldə etməklə təbii fəlakətlər, güclü külək nəticəsində avtomobilə dəyən zərərlər və digər hadisələri təminat altına alırlar. Tövsiyə edirik ki, sürücülər bu sığorta növündən istifadə etsinlər. Çünki belə hadisələr avtomobillərə ciddi ziyan vurur. Kasko sığortası həm nəqliyyat vasitəsini, həm də ailə büdcəsini qorumağa kömək edir".

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, son günlər ölkədə baş verən təbii hadisələrdən sonra kasko sığortasına maraq daha da artıb. Onun sözlərinə görə, sığorta şirkətləri müştəriləri cəlb etmək üçün müxtəlif kampaniyalar keçirir, eləcə də hissəli ödəniş imkanları təqdim edirlər.

Ekspert qeyd edib ki, icbari sığortadan fərqli olaraq, kasko sığortası sürücünün öz əmlakına dəyən zərərin qarşılanması üçün nəzərdə tutulub. Eldəniz Cəfərov tövsiyə edir ki, kasko sığortası almaq istəyənlər əvvəlcə sığorta agentlərinə müraciət etsinlər və müqavilənin şərtlərini dəqiqləşdirsinlər. Onun sözlərinə görə, azadolma məbləği və avtomobilin bazar dəyərinin dəqiqləşdirilməsi gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün vacibdir.




Xəbərin oxunma sayı : 1063




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap