Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Katalan və kürdlərin tarixin qapısını bağlamaq cəhdi – Hər iki xalqın məyusluq dövrü başlayır – TƏHLİL

Tarix 24.10.17, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Aydındır ki, Kataloniya və İraq Kürdüstandakı separatçıların siyasi və coğrafi vəziyyətləri fərqlidir, ortaq heç nə yoxdur. Amma hər şeyə baxmayaraq, bu iki xalq arasında tarixi rezonans mövcuddur.

Katalanlar və kürdlər 20-ci əsrdə böyük çətinliklərlə üzləşib. Birincilər Franko diktatorluğu dövründə (1939-1975) təzyiqlərə məruz qalıb. Bu illər ərzində Kataloniya öz muxtariyyətini itirib, katalan dili qadağan olunub, kitablar yandırılıb və ziyalılar “ovlanıb”, onların əksəriyyəti Fransaya sığınıb. Daha sonralar regionlar arasında mərkəzsizləşməyə əsaslanan ispan demokratiyası Kataloniyaya bütün sahələrdə böyük muxtariyyət verib.

Yaxın Şərqdə kürdlər, fələstinlilər kimi, eyni aqibəti yaşayıblar. 1988-ci ildə Hələbcə şəhərində onlara qarşı kimyəvi silahdan istifadə edən Səddam Hüseynin, BƏƏS rejiminin devrilməsindən sonra, 2003-cü ildə İraq kürdləri müəyyən təhlükəsizliyə nail olublar. Şimali İraqın muxtar bölgəsi sülh və rifah məkanına çevrilib.

Kürdlər, faktiki olaraq, İraqın tərkibində dövlətin bütün xüsusiyyətlərinə malikdirlər. İspaniyanın iqtisadi ürəyi olan Kataloniyanın isə hətta Brüsseldə, Avropa İttifaqında nümayəndəliyi var.

Xalqın öz müqəddəratını təyin etmək iradəsi və buna əsasən müstəqillik hüququ Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərindən biridir. Ancaq dövlətlərin ərazi bütövlüyü başqa bir prinsipdir. Digər müddəaya görə, dövlətin hər hansı bir hissəsinin ayrılması üçün mərkəzi orqan razılıq verməlidir. Lakin İraq Kürdüstanı və Kataloniyanın vəziyyətində nə Bağdad, nə də Madrid hər iki tərəfin müstəqilliyini təsdiqləyib.

Bunun üçün başqa bir ölçünü – siyasi həlli əlavə etməliyik. Kataloniya və ya İraq Kürdüstanının müstəqilliyinə, mərkəzi hakimiyyət tərəfindən təzyiq, təhqir və ya hücuma məruz qaldıqları halda, haqq qazandırmaq olardı. Ancaq bu vəziyyət yoxdur.

Frankonun ölümündən bəri İspaniya demokratiyadır, Səddamın iflasından sonra İraq demokratiya yolundadır. İraq demokratik bir model olmaqdan çox uzaqdır deyə, etiraz edilə bilər. Lakin ölkə seçkiləri müntəzəm olaraq keçirir və ciddi çatışmazlıqlara baxmayaraq, cəmiyyət və etnik plüralizm formasını təmin etməyə çalışır. Üstəlik, İraq Respublikasının prezidenti Fuad Masum kürd deyilmi?

Müstəqillik referendumlarını təşkil edərək katalanlar və kürdlər tarixin qapılarını qapatmaq istədi. Hər iki halda da yolun sonunda – uğursuzluq. Onlar böyük səhv etdilər.

Madrid yalnız katalan muxtariyyətini ləğv etməyib, o, təzyiqləri azaltmaq niyyətində deyil. İspaniya, heç bir Avropa ölkəsinin Kataloniyanın müstəqilliyini dəstəkləmədiyinə və Avropa İttifaqının bunu İspaniyanın daxili işi hesab etdiyinə dair sənədə, vasitəçi rolunu oynamaq niyyətində olmadığını əsas gətirir.


İraqlı kürdlər təcrid durumdadır. Onlar Kərkük də daxil olmaqla, İŞİD-dən qazandıqları bir çox ərazini itiriblər. Ankara, Tehran və Bağdaddan üçtərəfli təzyiq altındadırlar.

Bir sözlə, Katalonya və Kürdüstan geriyə böyük bir addım atmalı olub. Bir çox aktivlər itiriləcək. Kürd Məsud Bərzani və katalan Karles Pucdemon xalqlarını böyük riskə atıblar. Ödəmə qiyməti – siyasi və iqtisadi baxımdan da – həddindən artıq ola bilər.

Bu niyyətlərin hamısı küləklə sovrulub getdi. Həmişəki kimi, ziyanda qalan sıravi vətəndaşlardır.

Miqrant axını və “Brexit”lə kövrək Avropa həqiqətən Katalonya kimi yeni bir böhrana ehtiyac duymur. İraq və ümumən Yaxın Şərq kürd böhrandan yayınmalıdır, xüsusilə də Suriya-İraq cəbhəsində İŞİD-in iflasından sonra böyük problemlərin olduğu dövrdə.

Aydındır ki, kürdlər və katalanlar üçün məyusluq dönəmi başlayır.

 Kristian Çesno

“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

Tərcümə: Strateq.az







Xəbərin oxunma sayı : 469




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap