Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Keşlədə ər arvadını qısqanclıq üstə öldürdü - Təfərrüat

Tarix 30.08.17, 20:06

Font ölçüsü : - / +
bitmap-img6


Aralarında yaranmış mübahisə səbəbindən kişi öz arvadını boğaraq öldürüb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, hadisə dünən Keşlə qəsəbəsində baş verib.

Nizami rayonunda yaşayan Bəxtiyar Məmmədov evində münaqişə zəminində arvadı Zülfiyyə Mərufovanı boğaraq qətlə yetirib. Daha sonar o, Nəsimi RPİ 22-ci PB-yə gələrək könüllü istintaqa təslim olub.

***

Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədovun qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürməsi faktı ilə bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

B. Məmmədov polisə verdiyi ilkin ifadəsində hadisə baş verən ünvanda həyat yoldaşı və 7 yaşlı oğlu ilə birlikdə kirayədə yaşadıqlarını bildirib.

Qətlə isə ərinin qadının mobil telefonunda masaj salonunda çəkilmiş fotolarını aşkar etməsi səbəb olub.

Onların arasında mübahisə yaranıb, nəticədə B. Məmmədov həyat yoldaşını boğaraq öldürüb.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, Z. Mərifova ərinə çörək sexində işlədiyini desə də, onun masaj salonunda işlədiyi üzə çıxıb.

B. Məmmədov isə həyat yoldaşının harada işləməsindən xəbərsiz olduğunu bildirib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.



Xəbərin oxunma sayı : 166




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap