Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Keçmiş qaynını güllələyən şəxsə 17 il cəza verildi

Tarix 19.04.17, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən Elçin Qəmbərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin iyun ayında Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü Elçin Qəmbərov sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı binanın qarşısına gəlib. O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin Elçinlə onun keçmiş qaynı, 1977-ci il təvəllüdlü Cəmaləddin Əliyev arasında mübahisə düşüb.

Mübahisə zamanı E.Qəmbərov özü ilə gətirdiyi silahdan keçmiş qaynına atəş açıb. E.Qəmbərov qaynını ikinci dəfə də vurmaq istəyib, amma silah açılmayıb.

C.Əliyev xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

E.Qəmbərov məhkəmədə deyib ki, hadisəni törədən zaman sərxoş olub və qaynını öldürmək niyyəti olmayıb. O bildirib ki, əməlindən peşman olub və dərhal polisə gedərək silahını təhvil verib.



Xəbərin oxunma sayı : 166




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap