Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Kəlbəcər sakini təzyiqə məruz qalıb? - RƏSMİ AÇIQLAMA

Tarix 08.09.24, 20:41

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi internet resurslarında Kəlbəcər rayon sakininin Gəncə şəhərində təzyiqə məruz qalması ilə bağlı iddialar yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə “saxla” işarəsi verilib.

Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq təhlükəli manevrlər edərək uzaqlaşmaq istəyib. Qanunla müəyyən edilmiş qaydada saxladılan sürücünün sərxoş olması barədə sübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar.

Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilən zaman R. Nağıyev inzibati binada da öz qanunsuz əməllərini davam etdirərək binadakı əməkdaşların xidməti fəaliyyətlərinə də mane olub. R. Nağıyev barəsində toplanmış material maddi sübutlarla birlikdə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 8 sutka müddətinə inzibati qaydada həbs edilib: “Vətəndaşın polis əməkdaşları ilə bağlı səsləndirdiyi iddialara gəldikdə isə həmin iddialar araşdırma predmetidir, hazırda araşdırmalar davam etdirilir”. (APA)



Xəbərin oxunma sayı : 1009




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap