Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Kəlbəcər yenə turizm mərkəzinə çevriləcək - VİDEO

Tarix 29.11.20, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


Bəli, gözəl Kəlbəcər... Hələ ötən əsrin 80-ci illərində Kəlbəcərin "İstisu" kurortuna il ərzində 50 mindən çox xarici turist müalicə olunmaq üçün gəlirdi. Turizm üzrə ekspertlər bildirirlər ki, həmin kurortların yenidən bərpasından sonra sözsüz ki, turistlər Kəlbəcərə daha çox axın edəcəklər. Min bir dərdin dərmanı olan istisu bulaqlarından çıxan mineral su öz tərkibinə görə dünyada bənzərsizdir. Dünyaca məşhur kimyaçı alimlər bu suyu hətta Çexiyanın məşhur Karlo Vari mineral suyundan da üstün tuturlar.

Zəngin mineral suları, gözəl təbiəti, əlverişli relyefi olan Kəlbəcər yenidən turistlərin başlıca seçimi olacaq. Turizm üzrə ekspertlər bildirirlər ki, hələ ötən əsrin 80-cı illərində kəlbəcərə il ərzində 50 mindən artıq xarici turist gəlirdi. Turistlərin əsas marşurtu rayon ərazisində yerləşən Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları idi. Kimyəvi maddələrlə zəngin olan istisu vasitəsilə mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi və ginekoloji, uroloji xəstəliklərə tutulanlar vaxtilə burada müalicə oluna bilirdilər. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik qastrit kimi xəstəliklərin müalicəsində də işlədilir.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, üstəlik İstisu mineral sularının satışı da təşkil ediləcək. Bu isə insanlarda regiona marağı daha da artıracaq. Ekspert deyir ki, rayon ərazisində qış turizmi üçün əlverişli iqlim şərait var. Burada ilin bütün fəslində dağların zirvəsində qar görmək mümkündür.

Rayon ərazisində turistlərdə maraq yaradacaq tarixi abidələr də çoxdur. Üstəlik burada 4000 min fərqli adda bitki yetişir ki, bunlarında 200-ü müalicəvi əhəmiyyətlidir. Kənd sakinləri həmin bitkiləri yığıb turistlərə rahatlıqla sata biləcəklər. Bu isə həm də kəndlilərin sosial rifahının daha da yaxşılaşmasına şərait yaradacaq.








Xəbərin oxunma sayı : 1384




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap