Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kəmaləddin Heydərov bu şəxsi QOVUR - Yaxın günlərdə iclas olacaq + FOTO

Tarix 03.06.22, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın kişilərdən ibarət taekvondo millisinin baş məşqçisi Reza Mehmandust komandadan uzaqlaşdırılıb. Bu barədə Oxu.Az məlumat əldə edib.

İranlı məşqçinin etdiyi məşqlər, idmançıları həddindən artıq yükləməyə məruz qoyması taekvondoçuların ürəyincə deyil.

Hazırda hamı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun yekun qərar verməsini gözləyir. Onun göndərilməsi ilə İran əsilli Milad Beiqinin də millidəki karyerası sual altına düşəcək.

Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev məlumatı təsdiqləməsə də, bunu təkzib də etməyib:“Federasiya prezidenti bu yaxınlarda məşqçi heyəti ilə toplantı keçirəcək. Bundan sonra hər şeyə aydınlıq gələcək. Biz də federasiya prezidentinin keçirəcəyi iclası gözləyirik”.

Qeyd edək ki, Böyük Britaniyanın Mançester şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycan idmançıları cəmi bir bürünc medal qazana bilib. Tokio Olimpiadasında da uğursuzluğun olduğunu nəzərə alsaq, federasiya rəhbərliyinin də səbir kasası dolub. Kişi taekvondo millimiz Romadakı Qran-pri yarışına qadın yığmamızın baş məşqçisi Səbuhi Zülfüqarovun rəhbərliyi altında yollanıb.





Xəbərin oxunma sayı : 1180




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap