![]() |
|














Kənd təsərrüfatına dövlət dəstəyinin artırılmasının nəticəsi necə olacaq? - FOTO
Tarix 29.01.23, 21:59 |
|

Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına 2023-cü ilin dövlət büdcəsindən 1 milyard 202,1 milyon manat məbləğində vəsait ayırmağı planlaşdırır ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz çoxdur. Maliyyə Nazirliyindən bildirilib ki, müxtəlif kənd təsərrüfatı tədbirləri üçün 658,1 milyon, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 465,8 milyon, baytarlıq tədbirləri üçün 47,5 milyon, digər məqsədlər üçün 30,7 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi də daxil olmaqla ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait nəzərdə tutulub. Bundan əlavə, ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və ölkənin ərzaqlıq buğda ilə özünü təminat səviyyəsinin artırılması üçün yeni tənzimləyici mexanizmlərin yaradılması məqsədilə 180 milyon manat məbləğində vəsait ayrılacaq. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortalanması üçün 6,5 milyon manat məbləğində vəsaitin ayrılması da nəzərdə tutulub.
Bəs dövlətin bu sahəyə bu cür dəstəyinin nəticəsi olaraq nə gözlənilir?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirilib ki, kənd təsərrüfatı ilə bağlı dövlət dəstəyi neçə ildir var:
“Əsasən ərzaq təhlükəsizliyinin təmin edilməsi, istehsalın artmasının dəstəklənməsi, regionlarda məşğulluğun artırılması, sabit saxlanması məqsədi güdür. Bu il bəzi sahələr üzrə kənd təsərrüfatında əkin subsidiyalarında artım var. Ən ciddi yenilik ərzaq buğdasının yetişdirilməsi ilə bağlı məhsul subsidiyasının verilməsidir. Ərzaq buğdası ilə bağlı problem Ukrayna-Rusiya münaqişəsindən sonra çox aktuallaşıb. Buna görə də bu sahə diqqət mərkəzindədir. Əlavə olaraq işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı strukturlarının qurulması və oradakı yeni torpaqlara ayrılan subsidiyaların verilməsinin təminatı vəsaitlərin artırılmasını məcburi edir”.
Ekspertin sözlərinə görə, asılılığın aradan qaldırılması kənd təsərrüfatını inkişaf etdirəcək:
“Ölkədə dənli bitkilər - arpa, buğda kimi məhsulların toxum məsələsində xaricdən asılılıq var. Həmçinin, damazlıq heyvanlar da daha çox xaricdən gəlir. Bu asılılığının azaldılması yönündə Elmi Tədqiqat İnstitutu ilə birlikdə yeni sortların inkişaf etdirilməsi, ölkə daxilində damazlıq heyvan bankının yaradılması və yetişdirilməsi təmin oluna bilər. Kənd təsərrüfatında istifadə olunan texnika, avadanlıq və detallarının böyük əksəriyyəti də idxal olunur. Kənd təsərrüfatı texnikası, onların avadanlıqları, detallarının istehsalı istiqamətində ölkənin sənayeləşmiş rayonlarında bazaların yaradılması bu asılılığı azalda bilər. Əlçatanlığın təmin edilməsi kənd təsərrüfatının inkişafına dəstək ola bilər”.
Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov dedi ki, Rusiya-Ukrayna müharibəsi fonunda ərzaq təhlükəsizliyi məsələləri daha da aktuallaşdı:
“Bu baxımdan Azərbaycan qabaqlayıcı addımlar atdı, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı siyasəti dərinləşdirdi. Ona görə 2023-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı üçün daha çox vəsaitin ayrılması ölkənin ərzaqla təminatında təhlükəsizliyinin daha da gücləndirilməsi, xarici təsirlərə daha çevik reaksiya verilməsi məqsədi daşıyır. Strateji ərzaq məhsulları üzrə həm yığım, həm ehtiyatların artırılması, həm istehsalın genişləndirilməsi ilə bağlı xüsusi tapşırıqlar var. Bu istiqamətdə icra edilən dövlət proqramları təkmilləşdirilir deyə, daha çox vəsaitin ayrılması gözlənilən idi”.
Deputat bildirdi ki, 2023-cü ildə aqrar sektora ayrılmış vəsait il ərzində kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan verəcək:
“Bu, xüsusən yeni texnologiyanın, aqroparkların genişləndirilməsi və texnoloji təminatın artırılması deməkdir. Həm də aqrar sektorda çalışan fermerlər üçün subsidiya mexanizmi təkmilləşdiriləcək. 2023-cü ildə strateji məhsul istehsal edən fermerlər üçün daha çox subsidiyanın ödənilməsi nəzərdə tutulur ki, bu da nəticədə aqrar məhsulların istehsalının əvvəlki ilə nisbətən daha çox artacağını proqnozlaşdırmağa imkan verir. Kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi üçün bir baza formalaşır və dövlət də maliyyə resursları ilə bu prosesi daha yaxından təşviq etməyə və dəstəkləməyə çalışır. 2023-cü ildə yerli istehsalın genişləndirilməsi hesabına ərzaq məhsullarının idxalının azaldılması gözlənilir. İidxalın azaldılması həm idxal inflyasiyasının tənzimlənməsi, həm istehlak bazarında tarazlığın qorunması, həm də vətəndaşlarımızın ərzaq məhsullarına əlçatanlığının genişləndirilməsi baxımından vacib hesab olunur”.
V.Bayramovun sözlərinə görə, vəsaitlərin ayrılması həm də maliyyə təşviqi, bu sahədə infrastrukturun genişləndirilməsi və istehsalın artırılması üçün yeni imkanlardır:
“İstehsal edilən məhsulların xarici bazara yalnız xammal formasında deyil, emal edilərək çıxarılması həm fermerlərin gəlir imkanlarının artırılması, həm də daha çox ixracın həyata keçirilməsi imkanını yarada bilər. Yeni bazarlara çıxış həm də fermerlərin ənənəvi bazarlardan asılılığının aradan qaldırılması deməkdir. Bu baxımdan, həm kənd təsərrüfatı məhsullarının emal edilərək bazara çıxarılması, həm yeni bazarların tapılması aqrar sektorda vacib istiqamətlərdəndir. 2023-cü ildə bu istiqamətdə fəaliyyətlərin daha da genişlənəcəyi gözlənilir”.
Xəbərin oxunma sayı : 517
Sosial
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV