Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kərə yağı bahadırmı?

Tarix 12.08.17, 0:30

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər kərə yağının qiymətində bahalaşma müşahidə olunur. İyun ayında Avropada kərə yağı 14%, 2017-ci ilin əvvəlindən isə 100% bahalaşıb

Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri, ekspert Rahilə Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, dünya bazarında kərə yağının qiymətində artım müşahidə edilir.

O qeyd edib ki, buna səbəb kimi süd istehsalının azalması, tələbin isə artması göstərilir: "Avropanın qida şirkətləri yaxın aylarda qida bazarında kərə yağı qıtlığının yaranacağını və qiymətlərin bir qədər də artacağını bildirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycanda 25,6 min ton kərə yağı istehsal olunub, 8,4 min ton kərə yağı isə idxal edilib. 1 kq kərə yağı istehsal etmək üçün yağlılığı 3,2% olan minimum 25 litr süd tələb olunur. Ölkədə kərə yağı istehsal edən müəssisələr xammal kimi istifadə olunan südü əsasən kiçik fermer və fərdi təsərrüfatlardan tədarük edirlər".

Ekspert vurğulayıb ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə südün istehsalçı qiyməti 12,3% bahalaşıb: "Kərə yağının maya dəyərinə daxil olan digər xərc elementlərində də artımlar müşahidə olunur. Yəni kərə yağının maya dəyəri artıb. Südün qiymətinin artmasına əsas səbəb isə yonca və kəpəyin bahalaşmasıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yoncanın qiyməti 60%-dən, kəpəyin qiyməti isə 80 %-dən çox bahalaşıb. Rəsmi məlumatlara görə, ölkəyə idxal olunan kərə yağının təxminən 80%-i Yeni Zelandiyadan gətirilir. Yeni Zelandiyanın da daxil olduğu Okeaniyada bu ilin iyul ayında 1 ton kərə yağının qiyməti birjada ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox, bu ilin əvvəlindən isə 37% bahalaşıb və hazırda 6038 ABŞ dolları təşkil edir. Yağın Gürcüstanın Poti limanından Bakıya refrijiratorlarla gətirilməsi üçün 1 tona görə təxminən 100 dollar nəqliyyat xərci ödənilir. Eyni zamanda, bu mallar Azəbaycana gətirilərkən sərhəddə gömrük vergi və rüsumlarına cəlb olunur ki, bu da 36%-ə yaxındır".

R.Mehdiyeva deyib ki, hazırda 1 kq kərə yağının idxalçının anbarına mədaxil qiyməti təxminən 8,3 dollar və ya 14,1 manat təşkil edir: "Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dollar və ya 100%, ilin əvvəli ilə müqayisədə 2,2 dollar və ya 36% çoxdur. Bundan başqa, idxalçılar məhsulun saxlanılması, ticarət şəbəkəsinə çatdırılması kimi digər xərcləri də ödəyirlər. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar istisna olmaqla, ölkədə digər malların qiymətləri azad rəqabət mühitində, tələb-təklif əsasında formalaşır. Kərə yağı qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyildir. Bu isə nəticə olaraq onu göstərir ki, kərə yağının qiymətindəki artım bazar qanunlarına uyğundur".









Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap