Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kərə yağının qiyməti yenidən artırılacaq! – Şirkətlər məlumat yaydı

Tarix 05.10.17, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


“Delta Qrup C.O.” MMC, “Vest Produkt Marketinq” MMC, “Azərsun Holdinq” MMC, “Dinçer və Carçıoğlu” BM, “Gulistan Baku” MMC, “Veysəloğlu” MMC və “Lactalis Caspi” MMC kimi kərə yağı idxalçıları son günlər kərə yağının qiyməti ilə bağlı məlumatlara münasibət bildiriblər. 

“Trend”in məlumatına görə, idxalçıların istehlakçılara müraciətində qeyd ediblər ki, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir.

2017-ci ilin sentyabr ayında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85%-dək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə isə 30%-dən çox artıb və hazırda bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir: “Bununla belə, artım tendensiyası davam edir. Lakin hazırda satışda olan kərə yağları 1 ton yağın qiyməti 5200-5450 ABŞ dolları olan vaxtlarda alınıb və Azərbaycana idxal olunmuş mallardır”.

Bildirilir ki, yağın Gürcüstanın Poti limanından Bakıya gətirilməsi üçün hər tona görə təxminən 70-80 ABŞ dolları nəqliyyat xərcləri ödənilir: “Bununla yanaşı, idxal olunan kərə yağı üçün gömrük vergi və rüsumları da ödənilir. Yeni Zelandiyadan gətirilən kərə yağı üçün bu vergi və gömrük rüsumları 36% təşkil edir. Beləliklə, Yeni Zelandiyadan gətirilmış və hazırda satışda olan kərə yağının 1 kiloqramının idxalçının anbarına giriş qiyməti 7.18-7.52 ABŞ dolları və ya 12.21-12.78 manat təşkil edir.
Nəzərə almaq lazımdır ki, yağın saxlanması, ticarət şəbəkələrinə paylanması, marketinqi, əmək haqqı, sosial sığorta, vergilər və s. ilə əlaqədar bir sıra digər xərclərimiz də mövcuddur. Eyni zamanda yağların pərakəndə satışını həyata keçirən mağazaların da əməkhaqqı, sosial sığorta, elektrik enerjisi, vergi və digər xərcləri var”.

Müraciətdə deyilir ki, bütün bu xərclər nəzərə alınmaqla Yeni Zelandiya istehsalı olan kərə yağlarının topdan satış qiyməti 15.02-15.97 manat, pərakəndə satış qiyməti isə 15.90-17.10 manat arasında dəyişir:
“Bununla yanaşı, bu gün mağazalarda digər ölkələrdən gətirilən bir sıra yağlar da istehlakşılarara təklif olunur. Bu yağların qiyməti təxminən 12-13 manatdır. Ümumiyyətlə, digər mallarda olduğu kimi, yağ satışı bazarında da qiymətlər azad rəqabət şəraitində tələb-təklif əsasında formalaşır. Müxtəlif qiymətə yağların olması istehlakçılara seçim hüququ verməklə yanaşı, biz sahibkarların da öz məhsullarına yüksək qiymət müəyyən etməsinin qarşısını alır.
Biz sahibkarlar dövlət başçısının özəl sektora yaratdığı əlverişli işgüzar şəraiti və rəqabət mühitini yüksək qiymətləndirir və istehlakçıları heç bir halda qiymətlərin əsassız artırılmayacağına əmin edirik”.

Qeyd edək ki, şirkətlərin bəyanatının nə qədər həqiqəti əks etdirdiyini söyləyə bilmərik. Onu deyə bilərik ki, qısa müddətdə kərə yağının qiymətindəki belə artım anormaldır və əhalidə böyük narazılıq yaradıb.  Hətta, deputat Çingiz Qənizadə parlamentin ilk sessiyasında seçicilərinin ona ünvanlandığı “kərə yağı hansı səbəbdən 18 manata satılır” sualını səslənidirib. Ancaq nəticəsi yoxdur.

Görün qiymətlər necə artırılıb ki, şirkətlərin açıqlamasında 12-13 manata satılan yağlar  “ucuz yağ” kimi göstərilir və narazı əhaliyə onlardan amaq tövsiyyə edilir. Bu isə soyğunçuluqdan xəbər verir.  

Diqqət edək: Azərbaycanda kərə yağı və bitki yağlarının qiyməti pik həddə çatıb. Yeni Zellandiya istehsalı “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manat, Fransa istehsalı olan “French Cow” 18 manat 50 qəpiyə, Hollandiya istehsalı “President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı “Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilir. 
Kərə yağları ilə yanaşı, bitki yağlarının da qiymətində 10-15 faizlik artım müşahidə olunur.
Qeyd edək ki, bu ilin 8 ayı ərzində Azərbaycana 46 265.94 min dollarlıq 10 284.39 ton kərə yağı və süddən hazırlanmış yağlar idxal edilib. 2016-cı ildə 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib.
Dövlət Gömrük Komitəsi Azərbaycana idxal edilən kərə yağının bahalaşması səbəblərinə aydınlıq gətirərkən, daxili bazarda qiymət formalaşmasının qurumun səlahiyyətində olamdığını bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a kərə yağının qiymətlərinin dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilmədiyini deyib.Yəni kim necə istəyir, elə də sata bilər.
Elə şirkətlər də qiymət siyasətinə nəzarət edilmədiyindən və monopoliya olduğundan istədikləri qiyməti diktə edirlər. Elə şirkətlərin bəyanatındkı “bununla belə, artım tendensiyası davam edir” fikri, hələ bundan sonra da qiymətləri artıracaqlarının anonsudur.  Qarşısı alınacaqmı?




Xəbərin oxunma sayı : 304




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap