Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Kərəm Həsənov kombinatı niyə özəlləşdirmir? – Müəssisəni yavaş-yavaş sökürlər

Tarix 15.12.17, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


“Daşkəsən Filizsaflaşdırma”nın materiallarından ətraf rayonlarda ticarət mərkəzlərinin tikintisində istifadə olunduğu, bəzi hallarda qiymətli metalların qanunsuz yollarla satıldığı deyilir

Gələn ay “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi üçün elan edilmiş investisiya müsabiqəsinin müddəti bitir. Vaxtilə SSRİ miqyasında iriliyinə görə fərqlənən bu müəssisə son bir ildə artıq 5-ci dəfədir bu cür müsabiqə predmeti olsa da, özəlləşmə baş tutmur: sonuncu müsabiqə avqustda nəticəsiz başa çatıb.

Bir çox mütəxəssislər kombinatı almağa marağın olmamasının hökumətin müəyyənləşdirdiyi özəlləşdirmə şərtlərinin ağırlığından irəli gəldiyini deyirlər. Onlar hökumətin potensial alıcı üçün müəyyən təminatlar verməsini məqsədəuyğun sayırlar. Məsələ burasındadır ki, özəlləşmə şərtlərinə görə, kombinatı alan şirkət onun istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klaster yaratmalıdır. Bundan ötrü ümumi həcmi 600 milyon dollardan az olmayan beşilliik investisiya proqramı təqdim edilməlidir. Bundan əlavə, səhmdar cəmiyyətin alıcısı həmçinin dövlət büdcəsinə azı 100 milyon manat pul ödəməlidir.

61bb379c9d322005583e54690d066450

Hökumət isə müstəqil mütəxəssislərdən fərqli olaraq, şərtləri real və ədalətli hesab edir. Hər halda, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssis iradlarına cavab olaraq verdiyi açıqlamada belə qeyd olunur. Açıqlamada o da deyilir ki, özəlləşdirməni ƏMDK tək deyil, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası və Daşkəsən rayon İcra Hakimiyyətinin təmsilçilərindən ibarət müsabiqə komissiyası aparır.

Qeyd olunmalıdır ki, müəssisənin investisiya müsabiqəsi üsulu ilə satışı nəzərdə tutulduğuna görə müsabiqədə iştirak edəcək yerli və xarici şirkətlərdən ən çox investisiya qoyan və onun daha səmərəli qoyuluşunu təklif edən investorlara üstünlük veriləcək. Təklif olunacaq investisiya proqramı ölkə daxilində xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən inteqrasiya olunmuş polad zavodlarının tikintisini əhatə etməli, bölgədə ən az 1000 nəfər yeni iş yeri açılmasına şərait yaratmalıdır.

Image result for əmlak məsələləri dövlət komitəsi

Maraqlıdır ki, “Daşkəsən Filizsaflaşdırma” ASC son 14 ildə iki dəfə xarici investorlara (“Aldex Limited”, Britaniya, “Det.Al Metal Limited”, BƏƏ) satılıb. Lakin hər özəlləşdirmənin nəticələri ləğv olunub. 2013-cü ildə kombinatın bazasında səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC yaradılıb və üç il sonra ləğv edilib. 2011-ci ildə kombinat Birləşmiş Ərəb Əmirliklərində yaradılmış “Det.Al Metal Limited” şirkətinin nəzarətində olarkən, burada 214 min ton dəmir filizi konsentratı istehsal olunmuşdu. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə istehsal 25 min tona düşüb.

2013-cü ildə “Baku Steel Company” MMC ilə Almaniyanın “Siemens” şirkəti arasında anlaşma memorandumu imzalanıb. “Siemens” şirkətinin vitse-prezidenti Alferd Pisinger və “Baku Steel Company”nin (BSC) Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı anlaşma memorandumunda bildirilir ki, Daşkəsəndə mövcud filiz saflaşdırma kombinatının yerində illik hasilatı 5 milyon ton dəmir konsentratı olan müasir tipli filiz saflaşdırma kombinatı inşa ediləcək. BSC isə yeni metallurgiya güclərinin tikintisinə 300 min avro investisiya qoymaq niyyətində olduğunu açıqlayıb. Lakin sonradan məlum olub ki, hökumətin bu müqavilədən xəbəri belə yoxdur. Bununla bağlı ƏMDK-dan verilən açıqlamada heç bir özəl şirkətin dövlət müəssisəsi üzrə başqaları ilə hər hansı müqavilə imzalamaq səlahiyyətinin olmadığı qeyd olunmuşdu. Yəqin elə buna görə də həmin memorandum icra olunmamış qaldı.

Image result for “Daşkəsən Filizsaflaşdırma

Ötən ilin yayında özəlləşdirməyə açılmazdan öncə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin İdarə Heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib. Müəssisəyə rəhbərlik “Yeni Həyat” şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədova həvalə edilib.

Rəsmi məlumatlara görə, kombinatın təsdiq olunmuş ehtiyatları 270 milyon tondur. Bu ehtiyatlar hesabına yaradılmalı olan klasterin 80-100 illik istehsalının təmin olunacağı proqnozlaşdırılır. Lakin maraqlıdır ki,  Yaponiyanın “Marubeni Protechs Corporation” konsaltinq şirkətinin mütəxəssisləri hesab edirlər ki, ehtiyatların qiymətləndirilməsi köhnə və mötəbər olmayan metodla aparılıb. Başqa sözlə, şirkətin nəticələri bir neçə ay əvvəl açıqlanan araşdırmasına görə, Daşkəsən yataqlarında ehtiyatların ancaq 31 milyon tonu açıq üsulla – indi olduğu kimi – hasil edilə bilər. Qalan 239 milyon tonunu isə yeraltı üsullarla – şaxtalar qazmaqla çıxarmaq mümkündür. Hansı ki, 1993-cü ildə Daşkəsən filiz kombinatı işini dayandırana qədər şaxta üsulu ilə hasil edilən filizdə dəmirin səviyyəsi 40 faizdən 25 faizə qədər enmişdi. Bundan əlavə, yeraltı hasilat daha çox investisiya, daha çox xərc tələb edəcək.

Image result for “Marubeni Protechs Corporation”

Yapon konsaltinq şirkəti bildirir ki, ehtiyatların həcmi və hasil olunacaq filizdə dəmirin səviyyəsi müstəqil araşdırma ilə sübuta yetirilməyib. “Marubeni Protechs Corporation” məsləhət görür ki, hökumət müstəqil konsaltinq firması ilə müqavilə bağlayıb həm ehtiyatların həcmini, həm də hasil olunacaq filizdə dəmirin səviyyəsini yenidən yoxlasın.

O da maraqlıdır ki, bəzi mənbələr yapon şirkətinin kombinatla bağlı araşdırmasını potensial investorun müəssisənin dəyərini azaltmağa yönəlmiş cəhd kimi qiymətləndirirlər.

Qeyd edək ki, ötən ilin iyulunda president sərəncamı ilə özəlləşdirməyə açılan “Daşkəsən Filizsaflaşdırma” ASC elə o vaxtdan istehsal fəaliyyətini dayandırıb.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda kombinatda baxımsızlıq hökm sürür. Hətta onun metal konstruksiyalarının sökülərək ətraf rayonlarda ticarət və iaşə obyektlərinin tikintisində istifadə olunduğu bildirilir. Görünən odur ki, kimlərsə özəlləşdirməyə qədər kombinatdan mümkün olan qədər yararlanmaq niyyətindədir. Bu niyyət isə potensial alıcıları müəssisədən uzaqlaşdıra bilər(musavat.com).





Xəbərin oxunma sayı : 817




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap