Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kərəm Həsənovdan prezidentə zərbə: İki qardaşın çətin sınaq anı

Tarix 09.10.17, 6:48

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) son araşdırmasında  diqqətdən kənarda qalan daha bir fiqurun adı keçir. 

Cumhuriyyet.az həmin araşdırmaya yenidən nəzər yetirərək bildirir ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun da adı var. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…
Bu faktın məhz OCCRP tərəfindən üzə çıxarılması təsdiqləyir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib.
Reyestr xidmətində olan iri korrupsiya pulları daşınmaz əmlak sektoruna rəhbərlik edən komitə rəhbərini sürətlə varlandırıb. Həmçinin cumhuriyyet.az olaraq bildirək ki, araşdırma yazısında məhz Malik Həsənovun adının keçməsi ondan xəbər verir ki, başqa deputatlardan fərqlənir. Lakin o da deyilməlidir ki, M.Həsənov təkcə qardaşının sayəsində mandat sahibi olmayıb. Onun MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğu barədə zaman-zaman mediada iddialar tirajlanıb. İddialara görə, o, Mahmudovun siyahısından parlamentə düşmüşdü.
Elə bir müddət əvvəl komitə rəhbəri Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyinin üzə çıxması və mətbuat səhifələrini bəzəməsi Həsənovların “quyruğunu qapı arasında” qoymuşdu. Media emissarları hesabına MTN-lə işbirliyini ört-basdır etməyə çalışan K.Həsənov siyasi iqtidarın qəzəbindən özünü qorumağa müvəffəq oldu. Çünki onun postundan getməsi ilə yanaşı həbs təhlükəsi var idi. Odur ki, bəzi media dostlarının xahişi ilə Həsənovlar barəsində məqalələrə ara verilmişdi.



MTN işi üzrə Reyestr Xidməti rəhbəri Məhəmməd İmanovun da həbsi sübut edirdi ki, daşınmaz əmlakın qeydiyyatı işlərində Kərəm Həsənovla Eldar Mahmudovun birgə əməliyyatları olub. Lakin M.İmanovu qurban verməklə komitə rəhbəri özünü xilas elədi. Bu dəfə isə qardaşların adı 3 milyardlıq səs-küylü korrupsiya əməliyyatında keçir. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.

Kərəm Həsənov prezidentin etimadını çoxdan itirib. Komitə rəhbərinə verilən möhlət də məhz Ziya Məmmədov kimi bitirilməsinə hesablanıb. Ölkədə gedən sosial və struktur islahatları çərçivəsində reyestr xidməti sahəsinin ASAN Xidmətə verilməsi və komitənin ləğvi nəzərdə tutulur.
Millət vəkilləri, ekspertlər də zaman-aman bu təkliflə çıxış ediblər ki, komitə ləğv olunaraq hansısa nazirliyə yaxud da ASAN-a verilməlidir. Malik Həsənov da qardaşına söykənərək mandatını saxlayıb. Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq. Üstəlik, MTN işindən sonra nüfuzunu və etimadını itirmiş Həsənovların 3 milyardlıq korrupsiya qalmaqalında da adının hallanması qardaşlar üçün son ola bilər.
Mahmudovun, həmçinin, Kərəm Həsənovun iri zavodları, səhmdar cəmiyyətləri zor gücünə ələ keçirməsinə yardım etdiyinə, etiraz edənləri MTN-nin zirzəmisində işgəncə ilə yola gətirdiyinə dair iddialar var. Bundan başqa, K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var. Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması K.Həsənova yaxşı perspektiv vəd etmir. Siyasi iqtidarda həmyerlisi əleyhinə istintaqa ifadə vermiş, MTN-lə əlbir olmuş məmura heç də birmənalı münasibət göstərilmir. Beləliklə, Həsənovların başı təzədən cəncəldədir və 3 milyardlıq korrupsiya işi qardaşların prezident önündə növbəti sınağıdır…





Xəbərin oxunma sayı : 1234




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap