“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kərimli hədələdi, Həsənov sərt cavab verdi – “Dövlətin hansısa “fədailərə” ehtiyacı yoxdur”

Tarix 30.08.19, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov AXCP sədri Əli Kərimlinin bugünkü “Facebook” statusunda hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

AzFakt.com-un məlumatına görə, Əli Kərimli “Facebook”da əlisilahlı fotoları yayılan Fuad Muradov adlı bir şəxsin AXCP funksioneri Nicat Abdullazadəni təhdid etməsinin məsuliyyətini hakimiyyətin üzərinə qoyub. “Bu qədər olmaz artıq! Hakimiyyətdəki qrup məsuliyyət hissini itirib. Hökumətin əli silahlı yandaşı, Fuad Muradov adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib. Bu nədir, terror cəhdi? Kimdir ki, bu adam əli silahlı şəkillər çəkdirir? Qarabağda yox, ölkənin daxilində rejim əleyhdarları ilə vuruşmağa hazırlaşır. Bunu özü profilində açıq deyir. Nicat Abdullazadə ölümlə hədələnməsilə bağlı polisə rəsmi müraciət edib”. Əli Kərimli “özünüzü yığışdırın və məsuliyyətli olun”, – deyə hakimiyyətə xəbərdarlıq edib.

69876010_10156540100058848_4788210982474219520_n

Prezidentin köməkçisi Əli Həsənov AXCP sədrinin bu xəbərdarlığına operativ və sərt reaksiya verib. Onun Əli Kərimliyə cavab yazısını təqdim edirik: “Özlərini hakimiyyətə “opponent” hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər. Öncə də qeyd etdiyim kimi, AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı ilə bağlamağa cəhd göstərir. Bu mənada, əlində silah foto çəkdirib özünü “fədai” kimi reklam edən birisini hakimiyyətlə əlaqələndirmək də həmin absurd iddiaların davamından başqa bir şey deyil.

Silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub. Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa “fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq-mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var. Buna görə də öz siyasi ambisiyalarını reallaşdırmaq məqsədilə şər-böhtan yaymaq və ictimaiyyəti çaşdırmaq lazım deyil. Belə əməllərə yol verən onun hüquqi məsuliyyətini də dərk etməyi bacarmalıdır.

Əli Kərimliyə xatırlatmaq istərdim ki, əli silahlı şəkil çəkdirib paylaşmaq onun özünün ortaya qoyduğu bir nümunədir. Əgər bu gün kimsə bu “qəhrəmanlığı” təkrarlayırsa, bunun səbəbini hakimiyyətin siyasətində yox, AXCP-nin və onun başçısının əməllərində axtarmaq daha düzgün olar.

O ki qaldı Əli Kərimlinin “özünüzü yığışdırın”, “məsuliyyətli olun” tipli hədələrinə, demək istərdim ki, nə o özü, nə də arxalandığı çevrələr Azərbaycan hakimiyyəti ilə təhdid dilində danışa bilməz! Buna görə də həmin ifadələri onun özünə qaytararaq deyirəm: “Əli Kərimli, reallıq hissini itirmə!” (azpolitika.info)





Xəbərin oxunma sayı : 886




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap