Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kərkükün süqutunun sirri:Tələbaninin oğlu Bərzaniyə xəyanət edərək İraq hökumətilə gizlicə sövdələşib – Təhlil

Tarix 19.10.17, 2:17

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya XİN İraqın şimalında inkişaf edən hadisələrə dair məlumatla çıxış edib. Proqnozlaşdırılır ki, İraq hökuməti Kərkük üzərində nəzarəti bərpa etdikdən sonra döyüş əm əliyyatlarının davam edəcəyini istisna etmək olmaz. BMT Baş katibi təmsilçisi Stefan Duharrik hadisələrin inkişafı ilə bağlı təşvişini ifadə edib, çünki minlərlə adam, hər şeydən əvvəl kürdlər Kərkükdən qaçıblar. Almaniya XİN başçısı Ziqmar Qabriel ehtiyat göstərmək çağırışı ilə Bağdad və Ərbilə müraciət edərək bildirib ki, “mərkəzi və bölgə hökumətləri arasında münaqişə bütün tərəfləri zəiflədir”.

Bununla yanaşı xatırladaq ki, Almaniya təkcə İŞİD-ə qarşı duran beynəlxalq koalisiyanın tərəfdaşı deyil, həm də cihadçılara qarşı üçillik müharibədə Ərbil və Bağdada yardım etmiş ölkədir.

Birləşmiş Ştatlar Bağdadın ünvanına kəskin xəbərdarlıqla, amma ayrı-ayrı senatorların bəyanatları səviyyəsində çıxış edib. Silahlı qüvvələr üzrə komitə sədri Con Makkeyn bildirib ki, İraq gücləri, Amerikanın “dəyərli” tərəfdaşına hücum üçün Amerika silahından istifadə edirlər və “İraq və İran qüvvələrinin Kərkükə hücumuna qatılmış olmasına qarşı” çıxış edib.

Bağdadla Ərbil arasındakı qarşıdurmanın “narahatlıq təlqin etdiyi” prezident Tramp öz növbəsində vurğulayıb ki, “ABŞ münaqişə tərəflərindən heç birini qəbul etmir”.

Avropa Birliyinə gəlincə, AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Federiko Moqerini İraq baş naziri Heydər əl-Abadi ilə telefon danışığından sonra tərəfləri dialoqa və zorakılıqdan imtinaya çağırıb. O,  “milli təhlükəsizliyin mülki aspektlərində Bağdada dəstək verəcək” yeni mülki missiyanın İraqa göndərildiyini elan edib.

Lakin Kərkükdə nə baş verib?

əl-Abadi oktyabrın 9-da hökumət qüvvələrinə peşmərgə kürd özünümüdafiə dəstələri ilə birlikdə və yerli əhalinin əməkdaşlığı ilə Kərkük əyalətində “təhlükəsizlik və sabitliyi” bərpa etmək göstərişi verib. Kürd saytları “Dəyişikliklər uğrunda hərəkat” partiyasının (“Qorran”) deputatı Məsud Heydərin təqdim etdiyi və “Kürdüstan Vətənsevərlər Birliyi” partiyasının (KVBP) fraksiyası ilə İraqın “Həşd əş-Şəabi” şiə könüllü yığması arasındakı gizli sövdələşmədən xəbər verən sənədi yayıb. Sənədi KVBP tərəfdən KVBP-nin mərhum liderinin oğlu Pavel Tələbani, Bağdad və Tehranın dəstəklədiyi şiə könüllü yığması tərəfdən “Həşd əş-Şəabi” lideri Hadi Əmiri imzalayıb. Birincisi, söhbət “mübahisəli adlanan bölgələrin maneəsiz şəkildə şiə könüllülərinin əlinə verilməsi və İraq Kürdüstanının bölünməsindən” gedir. İkincisi, sənəddə sıradakı fikirlər yığcamca dürüstləşdirilib:

1.Kərkük əyalətinin 17 inzibati vahidini İraq federal hökumətinin nəzarətinə qaytarmaq; imtina halında Bağdadın bütün inzibati vahidləri tələb etmək haqqı var.

2. Yarımil müddətində Kərkükdə 15 rayonun kürdlər tərəfindən idarə ediləcəyi, 25-nin isə öz administrasiyasını seçəcəyi birgə idarəçilik tətbiq etmək;

3.Kərkükün bütün strateji obyektlərini (aeroport və neft yataqlarını) İraq federal hökumətinin idarəçiliynə vermək;

4.Süleymaniyyə aeroportunu beynəlxalq reyslər üçün açmaq;

5.Bağdad Süleymaniyyə və Kərkükün dövlət qulluqçularına, həmçinin peşmərgə döyüşçülərinə maaş ödəməyi öhdəsinə götürür;

6.Hələbcə, Süleymaniyyə və Kərkük əyalətlərindən ibarət bölgə yaradılır, onun hökuməti formalaşdırılır.

Buradan aydınlaşır ki, Kərkük və Tuz Xurmatu şəhərlərinə nəzarət edən peşmərgənin bir hissəsi niyə döyüşsüz geri çəkilib, Kərkükə yol açıb və kürdlərin müdafiəsini dağıdıb. Amerikanın “The New Yorker” nəşri bununla bağlı qeydə alıb: “Məsud Bərzanini satdılar, amma onun partiyası hələ də uduzulmayıb, çünki bölgəsəl tarazlıq İraq Kürdüstanı başçısına döyüş meydanında qalmaq imkanı verir”.

Heç olmasa, ona görə ki, indi etnik, dini, ictimai çatlar Kərkükdən keçməyə başlayıb. ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı özəl təmsilçisi Brett Makqerkin sözlərinə görə, bu isə “çoxlu risk daşıyır”.

Kərkük çoxmillətli və çoxdinli şəhərdir və bu zəmində silahlı toqquşma ehtimalı böyükdür. Bununla yanaşı Bərzani hətta şəhərə nəzarəti itirdikdən sonra da İraq Kürdüstanının müstəqilliyini car çəkmək ideyasından imtina etmir və indi daha sərbəst hərəkət edə bilər. Kərkükə hücum etmiş hökumət qoşunlarının içində şiə könüllülərinin olması bir çox ölkələrdə (məsələn, Türkiyədə) İran nüfuzunun güclənməsi kimi qəbul edilir. Ərbil öz növbəsində Ankaranın onun müstəqillik referendumunu tanımaqdan imtinasını “satqınlıq aktı” kimi qəbul edir və Türkiyə ərazisində mübarizə aparan PKK-ya öz ərazisində indi böyük fəaliyyət azadlığı verə bilər.

Hətta Ərbil hazırda əvvəllər Bərzaniyə inamsızlıqla yanaşan Suriya kürdlərində hər halda rəğbət doğura bilər. Kürdlərin İraqda müstəqil dövlətə malik olmaq arzusuna mane olsalar, onların iradi fəaliyyəti İraq, Suriya, Türkiyə və İrandan konfederativ sistemə keçid tələbinə yönələ bilər. Əlbəttə, ən yaxşısı danışıqlar və konstruktiv dialoq yoluyla fikir ayrılıqlarını tənzimləməkdir.

Ekspertlərin dəyərləndirdiyinə görə, İraqda hərbi-siyasi şəraitin kəskinləşməsi nişanələri artıq göz qabağındadır və nəticələri bütün Yaxın Şərq üçün son dərəcə gözlənilməz olacaq. İraq kürdlərinin bundan sonra da müxtəlif hissələrə parçalayacaqları ssenarisi ağlabatandır…

Stanislav Tarasov

regnum.ru, 18.10.2017


Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 868




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap