Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kərkük uğrunda böyük savaş təhlükəsi:PKK peşmərgə birliyinə qarşı İraq ordusu ilə və Haşdi Şabi hərəkətə keçdi

Tarix 13.10.17, 4:40

Font ölçüsü : - / +
bitmap-img6


İraqın Kərkük şəhəri uğrunda mərkəzi hökumətlə kürd muxtariyyəti arasında gərginik qızışır.

Strateq.az xəbər verir ki, Iraqın baş naziri Heydər el-İbadi Kürd Muxtariyyətinə hücum olunacağı haqda xəbərlərə Dövlət Televiziyasına açıqlamasında aydınlıq gətirib.

O, "kürdlərlə savaşmayacağıq" desə də, Iraqın birliyini qorumaq əsas vəzifələrinin olduğunu bidirib: "Konstitusiyanın bütün ölkə üzrə tətbiq olunması, vətəndaşların təhlükəsizliyi, ərazi bütövlüyümüz və milli sərvətimizin qorunması bizim əsas vəzifəmiz və birbaşa işimizdir".

Maraqlıdır ki, baş nazir "kürdlərlə savaşmayacağıq" desə də, bölgədəki real vəziyyət fərqli müstəvidə cərəyan edir.

Belə ki, mərkəzi hökumət Kərkükün ətrafına 3 minlik hərbi qüvvə yeridib. Həmin qüvvələrin Kərkükə 15 km-lik məsafədə mövqe seçib, hücum əmri gözlədikləri deyilir. 

Paralel olaraq İraq mərkəzi hökumətini dəstəkləyən İranmeylli Haşdi Şabi qruplaşması da son üç gündə Kərkükün şimal qərbinə ağır silahlarla təchiz edilmiş xeyli canlı qüvvə cəmləşdirib. Bəzi məlumatara görə, onların sayı 7 min nəfərdən çoxdur və hələ də əlavə qüvvələrin gətirilməsi davam edir.

Xəbərə görə, Haşdi Şabi qüvvələri ilə peşmərgə arasındakı məsafə artıq 500 metrə çatıb və hər an toqquşma baş verə bilər. 

Bu arada isə "DHA"ya açıqlama verən Iraq Türkmən Cəbhəsinin Kərkük üzrə rəhbəri Mehmet Seman Ağaoğlu bildirib ki, hazırda şəhərdə vəziyyət çox gərgindir. "Artıq PKK terror təşkilatı da 700 nəfərlik xüsusi təlim keçmiş silahlı qüvvə ilə peşmərgəyə dəstək üçün Kərkükə girib". 

Haşdi Şabiyə daxil olan türkmən qüvvələrinin komandanı isə "Əgər Kərkükdəki türkmənlərə hücum olarsa, peşmərgə bunun cavabını dərhal alar" – deyə təhdid xarakterli bəyanat yayıb… 


 



Xəbərin oxunma sayı : 118




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap