Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Kişi arvadını xəyanət edərkən tutdu və...- Azərbaycanda dəhşətli olay

Tarix 13.04.19, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Vahid Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Vahid Məmmədov 2015-ci il aprelin 17-də, axşam saat 18 radələrində Suraxanı rayon 11 saylı Təcili tibbi yardım stansiyasına Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindən çağırış daxil olub.

Təcili yardımı qarşılayan ər niyə həyəcanlandı?

Briqada qəsəbəyə çatanda, özünü ağır xəstənin əri kimi təqdim edən şəxs onları qarşılayıb və evə aparıb. Çarpayının üzərində, huşsuz vəziyyətdə olan uzanıqlı qadının yuxu arteriyası yoxlanıldıqda, onun artıq öldüyü müəyyən edilib.

Vahid Məmmədov qeyri-rəsmi nikahda yaşadığı Səbinə Əhmədova Tovuz rayon sakinidir. Onun durduğu yerdə olduğunu bildirib.

Bu zaman Vahid Məmmədov həyəcanlı halda, meyitin təcili yardım maşını ilə Tovuz rayonuna aparmasını xahiş etsə də, həkim polisin icazəsi olmadan mərhumu heç yerə apara bilməyəcəyini deyib.

Həkim çağırlıdı, polis və prokurorluq iş başladı

Daha sonra hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları cəlb olunublar. Həmin tarixdə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Səbinə Əhmədovanın sifət və bədən nahiyyələrində çoxsaylı sıyrıq və qançırlar aşkar edilib. Ölümünə ağız və burun dəliklərinin əllə qapanması nəticəsində törənən mexaniki asfiksiya səbəb olub.

Hadisədən 12 gün sonra, ayın 29-da Vahid Məmmədov Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Qısqanclıq davası

Müəyyən edilib ki, Vahid qeyri-rəsmi ər-arvad münasibətində olduğu Səbinənin ona xəyanət etməsindən şübhələnib, onunla dəfələrlə mübahisə edib.

Aprelin 17-də kirayə yaşadıqları evə gələrkən o, qadının yataq otağındakı çarpayının üstündə əyləşib, telefonla yazışdığını və sonra telefonu gizlətdiyini görüb. Vahid Səbinədən telefonu istəyib. Amma Səbinə qəti şəkildə buna etiraz edib.

Qətl

Qısqanclıq zəminində Vahid Səbinəni öldürmək qərarına gəlib. O, əvvəlcə Səbinənin sifət və baş nahiyələrinə yumruq və təpiklə zərbələr vurub.

Niyyətini başa çatdırmaq istəyən Vahid qadının döşəmədə əyilmiş və hərəkətsiz vəziyyətdə olmasından istifadə edərək, onun burun və ağız dəliklərini qapayıb.

Bununla da, Səbinənin sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək, onu qəsdən öldürüb.

“Onun yazışmalarını gördüm”

İstintaq orqanı tərəfindən Vahid Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid Məmmədov bildirib ki, aprelin 12-də Səbinənin mobil telefonuna baxıb: “Onun sosial şəbəkədə müxtəlif adlarla qeyd olunmuş şəxslərlə yazışmalarını gördüm. Bu səbəbdən aramızda mübahisə baş verdi. Aprelin 17-də otağa daxil olarkən Səbinənin telefonla yazışdığını və məni görən kimi telefonu döşəyin altına qoyduğunu gördüm”.

“Bir oğlanla yazışdığını gördüm”

Vahid Məmmədovun sözlərinə görə, əvvəl Səbinədən telefonu tələb edib, sonra sifətinə 2 dəfə şillə vurub: “Döşəyin altından telefonu götürmək istədim. Bu zaman Səbinə telefonu götürməməyim üçün əlimi dişləmək istədi. Arvadımın kürəyindən ayağım ilə zərbə vurdum. Telefonu ondan aldım. Baxarkən onun bir oğlanla yazışdığını gördüm”.

“Bir neçə dəfə süni nəfəs verdim”

Vahid Məmmədov qeyd edib ki, həmin vaxt artıq Səbinənin səsi çıxmayıb: “O, əyilmiş vəziyyətdə çarpayıya söykəndi və rəngi ağardı. Onun vəziyyətinin belə olduğunu görən kimi təcili yardıma zəng etdim. Sonra Səbinəni qucağıma alaraq çarpayıya uzatdım. Bir neçə dəfə süni nəfəs verdim. Lakin Səbinə də heç bir tərpəniş olmadı”.

Vahid Məmmədov bildirib ki, Səbinəni öldürmək fikri olmayıb və onu boğmayıb: “Səbinəni öldürmək üçün heç bir səbəbi olmayıb”.

13 il 6 ay cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən narazı qalan Vahid Məmmədov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsi işin hallarını araşdıraraq onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvdə saxlayıb.

Bu qərardan narazı qalan Vahid Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Vahid Məmmədovun şikayəti hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, şikayət təmin olunmayıb.



Xəbərin oxunma sayı : 1837




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap