“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş

Tarix 04.07.25, 14:46

Font ölçüsü : - / +
bitmap-img6


Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş həbs edilib. O, tanış olduğu qadını şantaj edərək xeyli miqdarda pulunu ələ keçirib.

Musavat.com xəbər verir ki, Rəşidin (ad şərtidir) “TikTok” sosial şəbəkəsində tanış olduğu Gülçin (ad şərtidir) adlı qadınla aralarında sevgi münasibətləri yaranıb.

Rəşid bir müddət sonra Gülçindən şəxsi ehtiyacları üçün borc alıb. Əvvəlcə aldığı pulları qaytaran Rəşid sonradan aldığı borcları qaytarmayıb.

Məlum olub ki, Rəşid sonuncu dəfə Gülçinə yazaraq borclarınn olduğunu və ona 15 min manat lazım olduğunu deyib. Dediyi məbləği verməyəcəyi halda münasibətləri barədə ərinə xəbər edəcəyini bildirib.

Rəşid dindirilən zaman əməlindən peşman olduğunu deyib. Bildirib ki, Gülçindən qızıl-zinət əşyaları da alaraq lombardda girov qoyaraq pul götürübmüş. Son olaraq da 15 min manat istəyib. Gülçin ona 5000 dollar verib.

Lakin Rəşidin tələbləri bitmədiyi üçün Gülçin ondan şikayət etmək məcburiyyətində qalıb.

Hədə-qorxu il pul tələ etməkdə ittiham olunan Rəşid bildirib ki, kazino oyunları oynadığı üçün borcları yaranıb. Həmin borclarını qaytarmaq üçün də Gülçindən borca pul alıb. Lakin aldığı borcları geri qaytarmayıb.

Məhkəmə istintaqı zamanı məlum olub ki, Rəşidin ailəsi dəymiş zərəri tam olaraq qaytarıb. Gülçin də Rəşidi bağışladığını deyib.

Bakı Hərbi Məhkəməsi Rəşidi törətdiyi əməldə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.



Xəbərin oxunma sayı : 880




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap