Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kiçik Trampın Rusiya hüquqşünası ilə görüşündə daha kimlər olub? – Araşdırma

Tarix 17.07.17, 22:33

Font ölçüsü : - / +
bitmap-img6


Culiya Mançester

The Hill (ABŞ), 16.07.2017

Seçkiqabağı kampaniyanın gedişində kiçik Donald Trampın atasının rəqibi Hilları Klintonla bağlı ləkələyici material əldə etməkdən ötrü rusiyalı hüquqşünasla görüşdüyü haqda məlumatın dərci üzündən Ağ Ev keçən həftəni başdan-başa müdafiədə keçirməli olub. Tramp administrasiyası təmsilçilərinin sözlərinə görə, həmin görüş siyasi rəqibə qarşı ləkələyici material tapmaq zərurəti ilə haqq qazandırılır – bütün siyasətçilər seçkiqabağı kampaniya dövründə bununla məşğul olurlar.

Kiçik Tramp bu həftə əvvəllər xəbər verib ki, həmin görüş son nəticədə “heç nəyə gətirib çıxarmayıb” və Rusiya tərəfi Klinton haqda ləkələyici materialı amerikalılara verməyə hazırlaşmırdı.

Demokratlar kiçik Trampın açıqlamasına heç bir əhəmiyyət vermədən bu görüşü şiddətli tənqid edib və bunu Tramp qərargahının seçkiqabağı kampaniya dövründə Rusiya ilə əlbirliyə girdiyinin mübahisəsiz sübutu adlandırıblar.

Ağ Evin Trampın seçkiqabağı qərargahının Moskva ilə qarşılıqlı fəaliyyətdə olmadığı haqda müntəzəm bəyanatlarına baxmayaraq, həmin görüşün yeni ayrıntıları işbirliyi haqda xülya və nəzəriyyəni daha çox qızışdırır.

Həmin görüş Moskvanın bir neçə təmsilçisinin qarışdığı daha irimiqyaslı lobbiçilk kampaniyasının tərkib hissəsi olub, lakin görüşdə məhz kimlərin iştirak etdiyi indiyədək qaranlıq qalır.

Müxtəlif məlumatlara əsasən, həmin görüşə səkkiz nəfər qatılıb. Bunların kimlər olduğu və bu adamlar haqda nə bildiyimizi aşağıda nəql edəcəyik.

Kiçik Donald Tramp



“New York Times” nəşri birinci xəbər verib ki, prezidentin oğlu rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüşüb. Kiçik Tramp nəşrə əvvəlcə məlumat verib ki, bu, “rusiyalı hüquqşünasla övladlığa götürmə məsələlərinin müzakirə edildiyi qısa, tanışlıq görüşü idi”. Lakin “New York Times” nəşri həm də xəbər verib ki, bu görüş ərəfəsində Hillari Klintonla bağlı kiçik Trampa hansısa ləkələyici material verməyi vəd ediblər.

Kiçik Tramp bu görüşün təşkilində vasitəçi rolunu öz üzərinə götürmüş britniyalı publisist Rob Qoldstounla elektron yazışmaları çərşənbə axşamı iyulun 11-də dərc edib. Onun Tvitterddə dərc etdiyi bu məktublar təsdiqləyir ki, kiçik Trampa Klintona dair ləkləyici material verməyi vəd ediblər.

Cared Kuşner



Veselnitskaya və kiçik Trampın təsdiq etdikləri kimi, Kuşner (Jared Kushner) bu görüşdə çox iştirak etməyib.

Kuşneri Trampın baş müşaviri təyin edəndə məxfi məlumatlar əldə etməyə ərizədə bu görüşü göstərməyib. Kuşner həmin görüşün fövqəlməxfi məlumatlara çıxışa malik olan yeganə məlum iştirakçısıdır. Onun təmsilçiləri bildiriblər ki, Kuşner sənədləri doldurarkən bayağı diqqətsizlik üzündən bu görüş haqda məlumat verməyib, Kuşnerin maraqlarını daha təmsil etməyən vəkili Ceymi Qorelik (Jamie Gorelick) isə “Hill” nəşrinə Kuşnerin bu görüşə qatıldığını təsdiqləyən məlumat verib.

Qorelik deyib: “Əvvəllər artıq dediyimiz kimi, cənab Kuşnerin SF-86-cı vaxtından əvvəl verilmişdi və digər səhvlərdən savayı onda xarici hökumətlərin məmurları ilə təmaslar haqda heç nə deyilməmişdi. Növbəti gün cənab Kuşner haqqında məmnuniyyətlə nağıl edəcəyi “xarici məmurlarla xeyli təması” olduğunun göstərildiyi əlavə informasiya verdi”.

O, əlavə edib: “O, sonralar bütün zəruri, o cümlədən seçkiqabağı kampaniya və keçid dövründə 20-dən çox ölkənin təmsilçisi ilə 100-dən çox telefon danışığı apardığı və görüşdüyü haqda informasiya verib”.

Pol Manafort



Trampın seçkiqabağı qərargahının keçmiş başçısı Pol Manafort da (Paul Manafort) həmin görüşə qatılıb və kiçik Trampın elektron məktublarında adı çəkilib.

Ukraynada Rusiyayönlü siyasətçilərlə əlaqələri haqda məlumat vermiş Manafort bu yaxınlarda bu görüş və onun təşkilində kiçik Trampın rolu haqda danışıb.

Natalya Veselnitskaya



Veselnitskaya – kiçik Trampın Tramp-tauerdə görüşməyə razılaşdığı həmin rusiyalı hüquqşünasdır. Məlumdir ki, o, Maqnitski Aktının – insan haqlarının pozulmasında şübhələnilən rusiyalılara qarşı sanksiyalar tətbiq üedən Amerika qanununun ləğvinə cəhd edir.

Veselnitskaya NBC News-a müsahibədə bildirib ki, “onda Hillari Klintona dair heç bir ləkələyici material və yaxud məxfi məlumat” və heç vaxt bu cür məlumat əldə etmək niyyəti olmayıb.

“Hill” nəşrinin məlumat verdiyi kimi, keçmiş prezident Obamanın Ədliyyə Nazirliyi Veselnitskayaya “fövqəladə durumlarla” bağlı ABŞ ərazisinə vizasız gəliş icazəsi verib və o, sonralar uşaqların övladlığa götürülməsi və Maqnitski Aktı ilə bağlı lobbiçilik kampaniyasında fəal iştirak edib.

Həmçinin xəbər verilib ki, o, sanksiyalar haqda Amerika qanunlarına qarşı mübarizəsində Rusiyanın hansısa prokuroru ilə əlaqə saxlayıb.

Rinat Ahmetşin



Ahmetşin Rusiya hərbi kəşfiyyatı QRU-nun (Главное Разведывательное Управление МО РФ – RF MN Baş Kəşfiyyat İdarəsi-tərc.) keçmiş əməkdaşıdır. Hazırda ABŞ vətəndaşı və Veselnitskayanın təşkilatı ilə birbaşa əlaqəsi olan lobbiçidir. O, “Associated Press” agentliyinə müsahibədə təsdiqləyib ki, həmin görüşdə olub, amma bununla yanaşı, Rusiya kəşfiyyatı ilə əlaqələri haqda məlumatları ona qarşı yönəlik “böhtan kampaniyası” adlandırıb.

Rob Qoldstoun



Qoldstoun kiçik Trampla Veselnitskaya arasındakı görüşün təşkilində vasitəçiliyi üzərinə götürmüş Britaniya publisistidir. Qoldstoun Rusiya oliqarxı Araz Ağalarovun oğlu, Rusiya pop ulduzu Emin Ağalarovun piarçısıdır.

Qoldstoun CNN-ə xəbər verib ki, Ağalarov ondan həmin görüşü təşkil etməyi xahiş edib. Qoldstoun kiçik Trampa məktublarında yazıb ki, “Rusiya hökumətinin hüquqşünası” seçkilərdə Trampa yardım etmək üçün Klintona dair ləkələyici material verə bilər. O həmçinin yazıb ki, görüşdə axıra qədər onlarla qalmayacaq və ancaq iştirakçıları bir-birinə təqdim etmək üçün gələcək.


Anatoli Samoçornov

Ahmetşinin məlumat verdiyi kimi, Anatoli Samoçornov həmin görüşdə tərcüməçi olub. Samoçornov həmin görüşə qatılıb-qatılmadığı haqda reportyorlara heç nə deməyib, lakin əlavə edib ki, Veselnitskaya ilə birlikdə övladlığa götürmə və Maqnitski Aktına dair məsələlər üzərində işləyib.


Emin və Araz Ağalarovların naməlum təmsilçisi



CNN cümə günü iyulun 11-də xəbər verib ki, həmin görüşün səkkizinci iştirakçısı Rusiya pop ulduzu Emin Ağalarovun və atasının hansısa təmsilçisi olub.

Emin Ağalarov biznesmen və Trampın dostudur.  


Tərcümə Strateq.az-ındır.






Xəbərin oxunma sayı : 130




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap