“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kişini qadınla yatağa salıb videosunu çəkdilər - Bakıda sensasion şantaj

Tarix 19.06.19, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda kişini intim foto və videoları ilə şantaj etməkdə təqsirli bilinən Samir Sahib oğlunun, Zaur Əliyevin, Elvin Zahidovun, Fərid Qasımovun və Yaqut Kərimovanın barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirli bilinən şəxslərin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər paytaxt sakini Sadiq Məmmədovu (ad və soyad şərtidir – red.) şantaj ediblər.

Belə ki, dəstənin kişi üzvləri Sadiq Məmmədovdan pul əldə etmək üçün qadından istifadə ediblər. Onlar Yaqut Kərimovanı zərərçəkmişlə intim əlaqəyə girməyə məcbur ediblər və bu mənzərəni videoya və fotoya çəkiblər.

Daha sonra dəstə üzvləri həmin video və fotoları yaymamaq üçün Sadiq Məmmədovdan külli miqdarda pul tələb ediblər.

Pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Teleqraf.com



Xəbərin oxunma sayı : 1081




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap