Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kişmiş qutularının arasında gizlədilən yarım ton heroin: məhkəmənin bəraət hökmü

Tarix 18.11.17, 23:50

Font ölçüsü : - / +
bitmap-img6


“Ömür boyu zəhmətkeş insan olmuşam, halal yolla pul qazanmışam. 54 yaşım var, uşaq deyiləm. Heç bir ağıllı adam avtomaşına yarım ton heroin yükləyib gömrükdən keçməyə cəsarət etməz. Yaşımın bu çağında özümü təhlükəyə atan vaxtım deyil. Günahsız yerə həbs olunmuşam. Yükü aparmaq üçün mənimlə qiymət danışan, pul ödəyən adamlar məlumdur. Amma onlar istintaqa cəlb edilməyiblər. Sadəcə məni həbs etməklə kifayətləniblər”.

Bu sözləri yarım ton heroini qaçaqmalçılıq yolu ilə sərhəddən keçirməkdə ittiham olunan və məhkəmənin hökmü ilə bəraət alan şəxs deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 54 yaşlı Hacıbala Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Tağıyev 15 noyabr 2014-cü ildə “Sınıq Körpü” gömrük postunu qanunsuz keçdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.



Eyni ittihama görə, H.Tağıyev ötən ilin mart ayında İran İslam Respublikasının şəxsiyyətləri istintaqa məlum olmayan vətəndaşları ilə əlbir olaraq, yarım tona yaxın narkotik vasitə olan heroini qaçaqmalçılıq yolu ilə Ukraynaya daşımaqla bağlı razılığa gəlib. İdarə etdiyi "DAF" markalı, 90 ZV 438/99 ZC 154 dövlət nömrə nişanlı yük maşını ilə Azərbaycan Respublikasından "tranzit" qaydada keçməklə tranzit yük gömrük bəyannaməsi ilə bəyan edilən 17800 kq çəkidə "kişmiş" yükünü İrandan Ukraynaya apararkən həmin nəqliyyat vasitəsi Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun terminalındakı stasionar-rentgen qurğusundan keçirilib və "kişmiş" yükünün arasında əks olunmuş görüntü şübhə doğurduğundan yükə baxış keçirilməsi qərara alınıb.

Avtomaşının yük yerinə keçirilmiş baxış zamanı orada 918 bağlamada 1800 qutu “kişmiş" yükünün 114 ədəd qutusunda sellofan paketə qablaşdırılmış, üzərilərinə qırmızı istiot səpələnmiş, dördkünc formalı bağlamalarda ağ, sarımtıl rəngli, spesifik qoxuya malik narkotik maddə olan heroin aşkar olunub. Həmin bağlamalar hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilib və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 486 kq 698,88 qram olduğu məlum olub.



Həm istintaq, həm də məhkəmə zamanı Hacıbala Tağıyev ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. O, iri tonnajlı DAF markalı avtomaşının sürücüsü işlədiyini, son vaxtlar bir neçə dəfə İran İslam Respublikasına və digər xarici dövlətlərə yük daşıdığını göstərib. Sonuncu dəfə terminalda çayxanada olarkən Tohid adlı İran vətəndaşı ona Ukraynaya kişmiş yükü aparmağı təklif edib. O da 2500 dollara malı aparmağa razılaşıb: “On kiloqramlıq qutulardan birini açıb içindəki kişmişi boşaldıb dedi ki, görürsənmi təzə və keyfiyyətli kişmişdir, gərək vaxtında çatdırasan. Fəhlələr kişmişi maşına yüklədilər. Maşına 18 ton kişmiş vurdular. Bundan sonra maşını gömrük terminalına sürdüm. Gömrük işçiləri maşının hər tərəfinə baxdılar, yük yerini möhürlədilər. Tohid mənə 1000 dollar verdi, 1500 dolları da Dimanın verəcəyini dedi”.

H.Tağıyev martın 17-də Bakıdan Rusiya sərhədinə doğru irəliləyib. Gömrükdə rentgen qurğusundan keçərkən işçilər yükdən şübhələniblər və yük yerinin möhürlərini qırıblar. Yoxlama zamanı yükün orta hissəsindən kişmişlərin arasından 114 qutunun içərisindən narkotik maddələr aşkarlanıb: “Mən özüm də təəccübləndim, qutulardan xəbərim olmadığını dedim. Məni həbs etdilər. O, qutuların içərisindəki narkotik maddələrdən mənim heç bir xəbərim olmayıb. Ömür boyu zəhmətkeş insan olmuşam, halal yolla pul qazanmışam. 54 yaşım var, uşaq deyiləm. Heç bir ağıllı adam avtomaşına yarım ton heroin yükləyib gömrükdən keçməyə cəsarət etməz. Belə ağılsızlığı ancaq dəlilər edər. Yaşımın bu çağında özümü təhlükəyə atan vaxtım deyil. Bu işdə heç bir təqsirim yoxdur. Məni günahsız yerə həbs ediblər. Yükü aparmaq üçün mənimlə qiymət danışan pul ödəyən adamlar məlumdur. Amma onlar istintaqa cəlb edilməyiblər. Sadəcə məni həbs etməklə kifayətləniblər”.



H.Tağıyev ifadəsində 2014-cü ilin yayında yük avtomobili almaq və xarici ölkələrə yük daşımaq üçün dostunun yaşadığı mənzili girov qoyub bankdan 34 min dollar götürdüyünü, həmin pulların 29 min dollarını avroya çevirdiyini və avtomaşın almaq üçün Almaniyaya, oradan da Hollandiyaya getdiyini göstərib: “Oradan DAF markalı avtomaşın alıb gətirdim. Həmin vaxt gömrük məntəqəsindən keçərkən həmin pul məbləğini bəyənnamədə göstərməmişdim və sərhəddən gizli keçirmişdim”.

Məhkəmənin qərarı ilə H.Tağıyevin ittiham olunduğu qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham üzrə təqsirliliyi sübuta yetirilməyib və ona həmin maddələrlə bəraət verilib.




Xəbərin oxunma sayı : 127




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap