Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kirayə mənzil bazarında vəziyyət necədir? (ŞƏRH)

Tarix 25.06.19, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


Son günlərdə kirayə mənzil bazarında qiymətlərin enməsi, boş mənzillərin çoxalması halları müşahidə olunur.

EkoNews məsələ ilə bağlı ekspert Ramil Osmanlının fikirlərini öyrənib.

Buna səbəb nədir? Tədris ilinin başa çatması bu bazara təsir edirmi, qiymətlərdə nə qədər azalma var? kimi sualları cavablandıran ekspertin sözlərinə görə, kirayə mənzil bazarında ucuzlaşma hər ilin bu vaxtı üçün xarakterik vəziyyət hesab olunur:


"İyun ayının sonlarına doğru kirayə mənzil bazarında xüsusilə ucuz mənzillər üzrə təklif portfelinin həcmi artır. Yəni tələbələrin qayıtması ilə əlaqədar mənzillər boşalır, qiymətlərdə azalma baş verir. Bu hal qısamüddətli bir dövrü əhatə edir. Təqribən avqust ayının ortalarından etibarən tələbələrin geri dönməsi ilə tələbin yenidən çoxalması nəticəsində qiymətlərdə yenidən artım müşahidə olunacaq. Ona görə də mövsümlə əlaqəli bu dəyişimi mənzil bazarında ciddi, əhəmiyyətli hal hesab etmək olmaz. Bu hər il üçün xarakterik haldır, ona görə də bu vəziyyətin hər hansı iqtisadi proseslərin təsirindən qaynaqlandığnı demək olmaz. Prosesin iki aylıq müddəti var. İki ay sonra tələbələrin geri qayıtması ilə yenidən bazarda canlanma, qiymətlərdə artım olacaq. Hazırda isə qiymətlərdə təxminən 20%-ə qədər azalma müşahidə olunur".

Qiymət azalması paytaxtın hansı ərazisində olan yaşayış sahələrinə daha çox təsir edib? Ekspertin sözlərinə görə, qiymətlərin enməsi əsasən təklif portfelinin əsas hissəsini təşkil edən bir və iki mərtəbəli fərdi yaşayış massivlərində daha çox olur:

"Yasamal, Kubinka, Montin və eyni zamanda şəhərin kənarında yerləşən qiyməti təqribən 350-400 manatdan artıq olmayan bir-iki otaqlı mənzillərdə azalma hiss olunur".






Xəbərin oxunma sayı : 289




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap