Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kirayə mənzillər tam təmirli təhvil veriləcək - VİDEO

Tarix 23.01.20, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


Kirayə mənzillər üçün elektron müraciət ötən gün səhər saat 10:00-da başlamalı idi. Ancaq sayta daxil olanların çoxluğu səbəbindən elektron müraciətləri qeydə almaq mümkün olmayıb. Bu arada İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərə media tur təşkil edərək mənzillərin vətəndaşa hansı vəziyyətdə veriləcəyini göstərib.

AzFakt.com Xəzər TV-yə istinadla xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun ötə gün elektron müraciətləri qəbul etməli olduğu elektron sistem çökdü və vətəndaşlar prosesi icra edə bilmədilər.

Məsələ ilə bağlı məlumat açıqlayan İpoteka və Kredit Zəmanət Fondu elektron müraciətin müvəqqəti dayandırıldığını və problemin həll olunması ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəyini bildirib.

Bu arada İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qapısını medianın üzünə açıb.
İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova qiymətlərin binaların yerləşdiyi yerdən asılı olaraq dəyişdiyini bildirib.

Tikintini həyata keçirən şirkətin baş mühəndisi binaların tikintisinin və otaqların təmirinin beynəlxalq standartlara uyğun olduğunu bildirir.

Binanın həyətində vətəndaşların istirahəti də nəzərə alınıb.

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərin ipoteka kreditlərindən bir sıra üstünlükləri olduğunu açıqlayıb. Fondun kirayə mənzil departamentinin direktoru Ramil Tahirov bildirir ki, ipoteka kreditlərində vətəndaşlar üçün şərtlər daha ağırdır.

Qurum rəsmisinin sözlərinə görə, adi kirayə evlərdən üstünlüyü isə budur ki, bu mexanizimdə sonda mənzil vətəndaşın özünə qalır. Ancaq adi kirayədə xərclənən pullar heç nə ilə əvəzlənmir.




 



Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap