Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kiyevdən 20 məmur Hacıbala Abutalıbovun təcrübəsini öyrənməyə gəlir - Belədə olur

Tarix 31.01.18, 3:55

Font ölçüsü : - / +
bitmap-img6


Kiyev şəhər administrasiyasının iyirmi məmuru şəhərdən zibilin yığılması və daşınması təcrübəsini öyrənmək üçün Azərbaycana ezam ediləcək. 

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ezamiyyətin məqsədi Bakıda çoxmənzilli binaların və onların həyətyanı sahələrinin saxlanılması üzrə müəssisələrin iş təcfrübəsini, bərk məişət tullantıları ilə işi, elektrik enerjisinə qənaət edilməsini və mənzillərin təmirinə dair təcrübəni öyrənməkdir.

Belə ki, fevralın 1-dən 4-nə qədər Kiyev şəhər dövlət administrasiyasının rəhbərinin müavini Petr Panteleyev, mənzil-kommunal infrastrukturu Departamentinin direktoru Dmitri Naumenko və onun müavini Aleksandr Malıxin Bakıda ezamiyyətdə olacaqlar. Onlar Bakı şəhər İcra Hakimiyyətində danışıqlar aparacaqlar.



Kiyevdə və Ukraynanın digər şəhərlərində küçələrdən zibillərin vaxtlı-vaxtında yığılmaması, çoxmənzilli binalarda təmizliyə, liftlərin işinə və digər infrastruktura görə tez-tez problemlərin yaranması sakinlərdə narazılıq doğurur. Əvvəllər fəallar işlərini yarıtmaz görən şəhər məmurlarını tutub zibil qutularına belə tullamışdılar.

Məsələ burasındadır ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu yerli mətbuatda şəhər təsərrüfatındakı problemlərə görə tez-tez tənqid edirlər. Lakin göründüyü kimi Kiyevdə vəziyyət daha bərbaddır və orada Abutalıbovun təcrübəsini öyrənməyə ehtiyac hiss ediblər.




Xəbərin oxunma sayı : 199




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap