Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kliniki Uşaq Xəstəxanasında camaatı soğan qabığı kimi “soyurlar” - Azər Xudiyevin yarıtmazlığı

Tarix 25.10.21, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə Səhiyyə sahəsində bu qədər islahatların aparılmasına, hər il büdcədən on milyonlarla vəsaitin bu sahəyə ayrılmasına baxmayaraq Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında əsl bazar ab-havası var. 
 
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir. 
 
Baş həkim Azər Xudiyevin yarıtmaz fəaliyyətinə görə xəstəxanada nizam-intizamsızlıq hökm sürür.
 
"Azər Xudiyev hər gün bir saatlıq işə dəyib gedir. Elə bil dövlət xəstəxanasının baş həkimi yox, dədə-babadan miras qalmış hansısa obyektin müdiridir. Baş həkimin işinə səhlənkar yanaşması bəzi həkimlərdə, tibb bacılarında məsuliyyətsizlik yaradır. Bu xəstəxanada baş verən qanunsuzluqları isə baş həkimin Şəhla adlı müavini nəinki aradan qaldırmağa çalışır, əksinə bütün "proseslərə" onun rəhbərlik etdiyi görünür. Valideynəri burada soğan qabığı kimi soyurlar". 

Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında ən bərbad şöbə infeksiya şöbəsidir.
 
"Xəstəxananın ikinci korpusunda yerləşən bu şöbə əsl xəstəlik mənbəyidir. Şöbəyə gətirilən uşaqların vəziyyəti sağalmaq əvəzinə daha da ağırlaşır. Çünki infeksiya şöbəsində savadlı həkimlər yoxdur. İnfeksiya şöbəsində nəinki savadlı həkim, əl yumağa isti su belə tapılmır. Şöbənin otaqları tempraturla da təmin edilmir. Buz kimi otaqlarda uşaqların xəstəlikləri daha da ağırlaşır. Daha acınacaqlı məqam isə odur ki, şöbənin həkimləri də qeyri-normal şəraitə görə tez-tez xəstəlirlər. Tibb heyəti vəziyyətdən narazı olsalar da, xəstəxana rəhbərliyi heç bir əncam çəkmir".
 
2 saylı Kliniki Uşaq Xəstəxanasına bir gələn sevinir, bir də qaçıb canını qurtaran
 
"Xəstəxanada hər addımbaşı xəstə yaxınlarından pul alınır. Şöbədə yatan xəstələrə heç bir tibbi ləvazimat verilmir. Bu xəstəxanaya gəlmisinizsə çörəkdən, çaydan, salfetkadan tutmuş içməli suya qədər hər şeyi özünüzlə gətirməlisiniz. Tibb bacılarının həkimlərın çoxunun gözü xəstə uşaqların valideynlərinin cibindədir"-deyə şikayətçi qeyd edir.  
 
Səhiyyə nazirliyindən və Kliniki Uşaq Xəstəxanasından məlumatla bağlı mövqe öyrənə bilmədik. 
 



Xəbərin oxunma sayı : 871




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap