Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Koçaryan yenidən həbs olundu - “Kentron” həbsxanasında saxlanılır

Tarix 08.12.18, 10:38

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın Apellyasiya Məhkəməsinin qərarı ilə ölkənin keçmiş prezidenti Robert Köçəryan həbs olunub. 

Musavat.com bu barədə erməni mediasına istinadla xəbər verir. Ermənistan milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan xəbəri təsdiqləyib. Onun sözlərinə görə, R.Köçəryan “İrəvan-Kentron”da saxlanılır.

Qeyd edək ki, 2008-ci ilin 1 mart hadisələrinə görə ittiham olunaraq avqust ayında həbs edilən R.Köçəryan az sonra Rusiya prezidenti Vladimir Putinin müdaxiləsi nəticəsində həbsdən buraxılmışdı. Ancaq onun ölkədən çıxışına qoyulan qadağa götürülməmişdi. Sonrakı günlərdə Putin R.Köçəryana zəng edərək onu ad günü münasibətilə təbrik edəndən sonra eks-prezidentin xilas olunduğu barədə rəy yaranmışdı. Lakin görünür Nikol Paşinyan Rusiyaya son səfərində Putinlə anlaşa bilmədiyindən, onun dostu Köçəryanın həbsinə qərar verib.

Sankt-Peterburq görüşlərində N.Paşinyana saymazyana münasibət, Ermənistanın KTMT baş katibliyini davam etdirməklə bağlı istəklərinə “yox” deyilməsi geniş müzakirə olunmaqdadır. Güman ki, N.Paşinyan bu yolla Putinə cavab vermək istəyir. Seçkilərə iki gün qalmış R.Köçəryanın həbsə atılması həm də Paşinyana rəqib olan Qarabağ klanının gözünü qırmağa hesablanmış addım da sayıla bilər.



Xəbərin oxunma sayı : 256




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap