Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

KOBİA Qarabağda biznes qurmaq istəyənlərə lazımi dəstəyi göstərəcək - AÇIQLAMA

Tarix 24.12.21, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Sahibkarlar Qarabağa qayıdışda və orada biznesin qurulmasında yüksək maraq göstərir, eləcə də öz fəaliyyət həcmlərini genişləndirmək istəyirlər.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün sahibkarlar müvafiq torpaq sahələrinin və ya obyektlərin ayrılmasına, fəaliyyətə başlamaq üçün sənədləşdirmə işlərinə, yerində monitorinq və ərazini qiymətləndirmək üçün səfər planlamasına dəstək gözləyirlər:

“İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət KOB subyektlərinə bir sıra əhəmiyyətli imtiyazlar verməklə yanaşı, həm də bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində mühüm biznes layihələrin icrasına şərait yaradacaq. KOBİA olaraq, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətləri göstərilməsini böyük məmnuniyyətlə həyata keçirəcəyik.

Əminəm ki, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərin iqtisadi canlanması ölkə iqtisadiyyatının daha da böyüməsinə təkan verəcək və biz bunun yaxın zamanda şahidi olacağıq”.



Xəbərin oxunma sayı : 1624




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap