Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

Komitənin ilk azərbaycanlı üzvü Nərgiz Paşayeva oldu - FOTO

Tarix 15.10.18, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin (www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli sürətdə qəbul edilib.

Oksford Universitetinin Kansleri Lord Patten Barnesin dəvət məktubu ilə oktyabrın 11-də professor Nərgiz Paşayeva Kanslerin Xeyriyyəçilər Komitəsinin 28-ci illik xüsusi mərasimində həmin şərəfli titulu qəbul etmək üçün iştirak etdi. Bununla yanaşı, diqqətləri çəkən və Oksford Universiteti tarixinə yazılan bir qərarın seremonial icrası da baş tutdu. Belə ki, Oksford Universiteti rəhbərliyinin və Elmi Şurasının qərarı ilə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının Arkasında Xatirə Lövhəsinə həkk olunub.

Qeyd edək ki, Oksford Universitetində xüsusi xidmətləri olan şəxslər arasında ilk dəfə azərbaycanlı alim Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsində rəsmən daimi təmsil olunub. Beləliklə, N. Paşayeva son reytinqə görə dünyanın birinci ali məktəbi sayılan Oksford Universitetinin tarixində xüsusi xidmətləri olan alimlərdən, ictimai xadimlərdən və nüfuzlu təşkilatlardan ibarət Kanslerin Xeyriyyəçilər Komitəsinə üzvlüyə qəbul edilən və universitetin xüsusi mantiya və qızılı ipli baş geyim dəsti ilə təltif edilən ilk azərbaycanlı oldu. Universitet tarixində xüsusi xidmətləri olan alimlərə verilən bu şərəf professor Nərgiz Paşayevanın əməyinə və onun təşəbbüsü ilə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə verilən dəyərli qiymətin göstəricisidir. Protokola və ənənəyə uyğun olaraq Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə qəbul edilən şəxslər Komitənin digər üzvlərindən qızılı sapla bəzədilmiş xüsusi geyimi ilə seçilirlər. Bununla da həmin üzvlərin Oksfordun akademik sahələrinə uzunmüddətli və çoxsahəli töhvə vermələri Oksford Universiteti tərəfindən böyük ehtiramla qəbul və qeyd olunur.

Xeyriyyəçilər Komitəsinin ənənəvi illik toplantısı Oksford Universitetinin ən görkəmli və sadiq dostlarını bir araya gətirir. Tədbirdə komitəyə yeni üzvlərin qəbul edilməsi və bir sıra mühüm elmi-tədqiqat işlərinin təqdimatı keçirilir. Həmin gün ən nüfuzlu alimlərin, xeyriyyəçilərin və təşkilatların adları əvvəl bildirdiyimiz kimi, başqalarından seçilərək xatirə lövhəsində həkk edilir. Həmçinin aktual məsələlərlə əlaqədar tanınmış alimlərin təqdimatları dinlənilir, universitet rəhbərliyi ilə müzakirələr aparılır. Rəsmi mərasimdən sonra universitetin yeni tədqiqat mərkəzlərinin bir hissəsinə baxış da keçirilir.

Ənənəyə uyğun olaraq bu il tarixi Divinity School (İlahiyyat Fakültəsi) binasında xüsusi mərasim keçirilib. Dünya miqyaslı alim və ziyalılarla yanaşı, professor Nərgiz Paşayevaya Oksford Universitetinin tarixində xidməti olan alim kimi mantiya və qızılı ipli baş geyim dəsti təqdim edilib. Sonra Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvləri və digər mərasim iştirakçıları Oksford Universitetinin Kansleri Lord Patten Barneslə görüşüb, xatirə şəkilləri çəkdiriblər.







Xəbərin oxunma sayı : 250

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda