Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru daha da sadələşdiriləcək –Vergilər Nazirliyi

Tarix 22.01.19, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə vergi ödəyicilərinin sayı 970 340 nəfərə çatıb.

Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Nazir lik rəsmisi bildirib ki, bunların 125 min 144-ü hüquqi şəxs, 845 196-sı isə fiziki şəxsdir: “Bilirsiniz ki, hüquqi şəxsləri dövlət qeydiyyatına alınması Azərbaycan Vergilər Nazirliyinə tapşırılıb. Əvvəllər bu yalnız “bir pəncərə” sistemi ilə həyata keçirilirdi. 2017-ci ildən isə biz həm də elektron şəkildə hüquqi şəxsləri qeydiyyata almağa başladıq. Təkcə onu deyim ki, ötən il 11 min kommersiya hüquqi şəxs qeydiyyata alınıb ki, onların da 70%-i elektron şəkildə həyata keçirilib”.

Ə.Məmmədov kommersiya hüquqi şəxslərin qeydiyyatı prosedurunun daha sa sadələşdiriləcəyini qeyd edib: “Bilirsiniz ki, bir müddət əvvəl “Doing Business 2019” hesabatı açıqlandı. Bu hesabatda “biznesə başlama” indikatoru üzrə biz 18-ci pillədən 9-cu pilləyə qalxmışıq. Hazırda cəmi 18 manata 3 prosedur həyata keçirməklə biznesə başlamaq olur. Amma biz istəyirik ki, bu prosedurların sayını 1-ə endirək. Yəni, artıq FİN kod vasitəsi ilə heç bir “Asan imza”, yaxud “Elektron imza” almadan qeydiyyat həyata keçiriləcək”.

Report.az




Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap