Dekoltesi ilə gecəyə damğa vurdu - Fotolar “Məni bitirdin...” – Nəsrin hamamda 42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO
Axtar
 
  • / Maqazin / — 02 Sentyabr 2019

    Dekoltesi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 23 Avqust 2019

    “Məni bitirdin...” – Nəsrin hamamda

  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

Konqresmenlər Rusiyanın azad seçki keçirə bilməməsini pisləyir – Bəyanat

Tarix 06.09.19, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlarının iki aparıcı konqresmeni Rusiyanın bu həftəsonu Moskvada və Sankt Peterburqda “azad seçki keçirə bilməməsini”, “etirazçılara divantutması”nı pisləyib.

Bəyanat sentyabrın 5-də yayılıb.

Nyu Yorkdan demokrat konqresmen Eliot Engel və Texasdan respublikaçı Mixael MakKaul bəyanatda deyirlər ki, azad seçki tələbiylə keçirilən yürüşlər və “Kremlin buna verdiyi reaksiya Rusiya xalqının Vladimir Putinin tiranlığından yorulmasına daha bir sübutdur”.

Onlar Rusiyanı “dinc nümayişçilərə qarşı bütün zorakılıqları dayandırmağa” çağırıblar.

İyuldan başlayaraq Moskva və digər şəhərlərdə müstəqil və müxalifət namizədlərinin sentyabrın 8-də Duma seçkilərinə buraxılmamasına etirazlar keçirilir. Həmin gün Moskva şəhər şurasına və Sankt Peterburq şəhər şurasına seçkilər təşkil olunmalıdır.

Sentyabrın 5-də isə polis Kremlin tənqidçisi Aleksey Navalının üç ofisində reyd keçirib.

Rusiyada etirazlar zamanı yüzlərlə adam saxlanıb, bəzilərinə həbs cəzası kəsilib.

Sentyabrın 5-də təxminən 300-dək etirazçı Sankt Peterburqda icazəsiz nümayişə çıxıb. “Fontanka” onlayn xəbər saytının yazmasına görə, Yevgeni Musin adlı etirazçı əlində 4 min vərəqəylə tutulub. Vərəqələrdə etirazçılar indiki qubernator, Prezident Vladimir Putinin müttəfiqi Aleksandr Beqlova səs verməyə çağrılır.

Sankt Peterburq qubernatoru vəzifəsinə ilkin olaraq 28 nəfər namizədliyini açıqlasa da, onların yalnız üçü təsdiqlənib. (azadliq.org)



Xəbərin oxunma sayı : 604

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda