Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Konte “Çelsi” tarixinin ən bahalı məşqçisi ola bilər

Tarix 15.05.17, 5:17

Font ölçüsü : - / +
bitmap-img6


“Çelsi” baş məşqçisi Antonio Konteyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Qol.az-ın xəbərinə görə, bu haqda “The Guardian” məlumat yayıb. Bildirilib ki, London klubu növbəti mövsüm də komandada saxlamaq istədiyi italiyalı mütəxəssisə ilinə 7.5 milyon funtdan çox (9 milyon avrodan çox) təklif edib. Onunla danışıqlar mayın 27-də “Arsenal”a qarşı kubokun final oyunundan sonra başlayacaq.

Əgər yeni müqavilə imzalanarsa, Konte “Çelsi” tarixinin ən çox qazanan məşqçisi olacaq. Buna qədər rekord Joze Mourinyoya məxsus idi (ilinə 7.5 milyon avro). Bundan başqa, tərəflər razılığa gələcəyi halda, Kontenin “Çelsi”dən transfer büdcəsini 200 milyon funta kimi artırmağı tələb edəcəyi bildirilir.

Qeyd edək ki, Antonio Konte bu mövsüm London klubuna İngiltərə çempionu adını qazandırıb. Onunla İtaliya “İnter”inin də danışıqlar apardığı bildirilir.

Hazırda Konte ilinə 6.5 milyon funt qazanır. Bu isə Xosep Qvardiola (“Mançester Siti”), Mourinyo (“MY”), Arsen Venger (“Arsenal”) və Yurgen Kloppun (“Liverpul”) gəlirindən azdır.



Xəbərin oxunma sayı : 130




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap