Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Koronavirus internetdə nələri dəyişdi? - “The New York Times”-dan maraqlı araşdırma

Tarix 08.04.20, 19:44

Font ölçüsü : - / +
bitmap-img6


Koronavirus pandemiyası dövründə evdə qalan amerikalılar həyatlarının böyük hissəsini onlayn yaşamağa başlayıblar. “The New York Times” qəzeti internet istifadəçilərinin davranışının necə dəyişdiyini araşdırıb.

Qəzet yazır ki, amerikalılar indi Netflix və YouTube kimi striminq xidmətlərindəəyləncə axtarır, bir-birləri ilə Facebook kimi sosial media şəbəkələri vasitəsiləəlaqə saxlayırlar.

“Son illər bu xidmətlərin istifadəçiləri daha çox smartfonlara üz tutmuşdular... İndi isə evdədilər, kompüterlər əl altındadır və amerikalılar o kiçik mobil ekranlarına baxmağın elə də xoş bir şey olmadığını yada salırlar”, – məqalədə deyilir.

Facebook, Netflix vəYouTube mobil tətbiqlərdə istifadəçi nömrələrinin sayında durğunluq yaşayır, ya da sayı azalır, vebsaytlarına baxış isə artır. Qəzet bunu SimilarWeb və Apptopia statistikasına əsasən yazır. Bu iki xidmət bir neçə müstəqil mənbəyəəsasən trafik sayını toplayır, intertnet üzərindən müqayisə edir.

İndi biz həm də təkcə mətn mesajı göndərməklə kifayətlənmirik, bir-birimizi görmək istəyirik. Google-un Duo videosöhbət tətbiqi, eləcə də bir dəstə dostun video söhbətə qoşularaq video oynamasına imkan verən Houseparty kimi tətbiqlərdən istifadə də artıb.

Biz həm dəətrafımızda baş verənlər, nəyin dəyişməsi, virus, karantin tədbirləri ilə maraqlanırıq. Yerli məhəllələri birləşdirən Nextdoor sosial media saytına da maraq güclənir.

Məqalədə Amerikada məktəb tapşırıqlarının indi Google Classroom vasitəsilə yerinə yetirildiyini yazır. Toplantılar Zoom, Google Hangouts və Microsoft Teams üzərindən gerçəkləşir. Doğrudur, bu xidmətlərdən kütləvi istifadə gizlilik məsələlərinə də diqqəti artırıb.

Bu arada amerikalılar səhiyyə böhranı, onun iqtisadi fəsadları haqqında oturuşmuş media orqanlarından informasiya almağa çalışır. Biznes vebsaytı olan CNBC-nin oxucu sayı kəlləçarxa vurub. “The New York Times”, “The Washington Post” qəzetlərinin vebsaylarının trafikində son bir ayda 50 faizdəçox artım qeydə alınıb. (azadliq.org)



Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap