Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Koronavirus peyvəndlərindən hansı daha yaxşıdır? - Professor cavab verir

Tarix 12.04.21, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


Professor Musa Qəniyev COVİD-19 əleyhinə peyvəndləmə ilə bağlı əhalini narahat edən suallara aydınlıq gətirib. 

AzFakt.com xəbər verir ki, tanınmış həkim koronavirus əleyhinə tövsiyə olunan peyvəndlərdən hansının daha yaxşı olduğunu da açıqlayıb: 

"Klassik yolla, yəni zəiflədilmiş və ya inaktivləşdirilmiş virus və ya mikrob kulturasından alınan peyvəndlərin vektor peyvəndlərlə müqayisədə əlavə effekt kimi gözlənilən lokal və ya sistem təsirləri, nisbi də olsa yüksəkdir. Lakin vektor peyvəndlərdən fərqli olaraq, klassik peyvəndlərdə virusun genom strukturu bütünlüklə saxlanıldığından, əmələ gələn antitellərin effektivliyi və etibarlılıq potensialı daha yüksək olur". 
 

Məlum peyvəndin ilk dozasını almış bir şəxsə, ikinci doza kimi digər peyvəndin vurulmasının düzgün olmaması baxımından, söylənilən fikirlər, aşağıdakı səbəbdən əsaslıdır: 

Bu gün bütün dünyada COVİD-19 əleyhinə, əsasən, Pfizer, Moderna, Janssen, AstraZeneka, Sinovak və Sputnik V peyvəndlərindən istifadə olunur. Təbii ki, bizi daha çox maraqlandıran hazırda ölkəmizdə istifadə olunan Sinovak (CoronaVac), eləcə də artıq ilk dəsti gətirilmiş AstraZeneka və gətirilməsi planlaşdırılan Sputnik V peyvəndləridir. 

Sinovak inaktivləşdirilmiş selektiv virus ştammıdır. İnaktiv genom ardıcıllığını tanıdığından, immun sistem ona qarşı xüsusi əks-reaksiya vermədən, yalnız qoruyucu antitellər hazırlayır. 

AstraZeneka və Sputnik V "vektorlu” (viruslu) peyvəndlərə aiddir. AstraZenekanın hazırlanması zamanı saprofit adenovirus ştammına COVİD-19-un genomundan kəsilərək götürülmüş yalnız 2 subvahid nuklein tərkib yerləşdirilir. Lakin tərkibdə nuklein sıralanma ardıcıllığı göstərilmir. Sputnik V peyvəndinin hazırlanması da praktik olaraq eyni prinsip və şərtlər daxilindədir. Təbii ki, bu məxfilik gözləniləndir və müvafiq firma və ya birliyin istədiyi təqdirdə, 23 ilə qədər saxlanılacaq hüquqi əsası olan patent sirridir. 

Son iki peyvəndin əlavə effekt baxımından təklükəsizlik diapozonu "Sinovaks”dan yüksək olsa da, birinin digərinə nisbətdə COVİD-dən qoruyuculuğunun fərqli əmsala malik olması heç bir şübhə doğurmur. Çünki bu iki peyvənd fərqli nuklein ardıcıllığına görə, heç bir halda "substrakt makromolekulunun aktiv qruplaşmasına” eyni nöqtədə bağlana bilməz. Bu səbəbdən, son iki peyvəndə qarşı əmələ gələcək antitellərin potensial fəallığına təsir göstərəcək struktur ardıcıllığı və hüceyrə yaddaşına yazılma sahəsində identiflik təkrarın ola biləcəyini söyləmək də əsassızdır. Odur ki, bu halda ikinci dozanın digər peyvəndlə aparılması qazanılan immunitetin möhkəmlənməsinə və ya virusa təkrar yoluxma baş verərsə, ilkin yoluxmadan fərqli olaraq, qoruyucu İgG antitellərin 21 gündən sonra deyi, 3 gündən sonra əmələ gələcəyini düşünmək belə əsassızdır. Məhz bu səbəbdən, ilk dozanı almış hər hansı bir şəxsə ikinci doza kimi digər peyvəndin, xüsusən vektorlu peyvəndlərin vurulması məsləhət deyil. 

Yəni burada, güya faciəli nəsə bir şeyin ola biləcəyini düşünmək mənasız şeydir. Sadəcə, COVİD-19 əleyhinə ilk doza kimi hansısa bir peyvəndi alan şəxsə, ikinci doza kimi başqa bir peyvəndin vurulması məsləhət deyil.

Digər tərəfdən, hazırda AstaZeneca və ya Janssen kimi kimi peyvəndlər ətrafında yaranmış mövcud böhranın səbəblərini bilmək, heç də dərin düşüncə tələb etmir. Diqqət edin, bu məlumatlar birinci, yəni Avropa peyvəndi haqqında ilk olaraq Amerikada, ikinci, yəni Amerika peyvəndi haqqında isə Avropada yayılıb. Hazırda tam gücü ilə təbliğ olunur və insanların şüuruna yeridilir. Məlum həqiqət odur ki, bütün bunlar, COVİD-19 adı altında insanların bədbəxtliyi üzərində milyardlar qazanmaq üçün aparılan rəqabətli mübarizə və bunun reallaşması üçün məlum icraçılara "sələmə” verənlərin düşünülmüş siyasətidir. Bu peyvəndlərin güya tromboz və diğər qorxulu fəsadlara səbəb ola bilməsinin əsasında da yalnız maddiyyat uğrunda rəqabətli mübarizə durur. Çünki tromboz, vaksinasiya olmasa belə, əhali populyasiyası arasında rast gəlinən, kifayət qədər geniş yayılmış məlum patologiyalardan biridir. Belə ki, hər il dünya əhalisinin hər 250 nəfərindən biri, yəni 31 milyon 411 min 416 nəfər trombozdan, 100000 nəfər ağ ciyər emboliyasından, 450000 nəfər insultdan ölür. Bu halda, peyvəndin söylənilən fəsadlarının baş vermə ehtimallığının faiz nisbəti belə, hətta sıfırın altındadır. Yəni AstraZeneca və ya Janssen heç bir halda söylənilən və ya ehtimal olunan ciddi əlavə effektlər törədə bilməz. Odur ki, Avropa, istərsə də Amerikada deyilənlər, yalnız maddiyyat uğrunda aparılan amansız rəqabətin, mahiyyət etibarı ilə biri digərini eyniliklə izləyən, "aynadakı əksidir”.




Xəbərin oxunma sayı : 544




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap