“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Koronavirusa yoluxan məşhur idmançılar – ADLAR

Tarix 16.03.20, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Bütün dünyaya təsir edən koronavirus pandemiyası idman ictimaiyyətindən də yan keçməyib. Rəsmi açıqlamalardan sonra klublar karantin qaydalarının tətbiq olunduğunu elan ediblər. Maraqlıdır, kornavirusa yoluxan dünyaca məşhur idmançılar kimlərdir?

“Valensiya” futbol klubu oyunçulardan və texniki qrupdan 5 nəfərin koronavirus testlərinin müsbət olduğunu açıqlayıb. Həmin futbolçular bunlardır: Garay, Mangala, Gaya, Camarasa və Aliaqa.

İtaliyanın ən gənc futbol klublarından hesab olunan “Sampdoriya” futbol klubunda isə 7 nəfər futbolçuda xəstəlik aşkarlanıb: Albin Ekdal, Ömər Kolley, Fabio Depaoli, Morten Thorsby, Antonino La Gumina, Bartosz. 

İtaliyanın daha bir futbol klubu “Fiorentina”-nın da heyətindən iki nəfər pandemiyaya yoluxub. Belə ki, komandanın hər iki gənc oyunçusu Patrick Cutrone və German Pezzella xəstəliyə yoluxanlar arasındadır. 

Serbiya Futbol Federasiyasının və İsveçrə Futbol Federasiyasının 70 yaşlı prezidenti Dominique Blanc koronavirus daşıyıcısıdır. 

İspaniyanın futbol klubu “Leqanes”in baş direktoru Martin Orteq də koronavirusa yoluxub. 

Dünyanın tanınmış futbol klubu olan “Çelsi”-dən də virus yan keçməyib. Belə ki, İngiltərə klubunun gənc oyunçusu Callum Hudson 1 həftə bundan əvvəl koronavirusa yoluxub. Hazırda futbolçunun vəziyyətinin yaxşı olduğu və sərbəst buraxılacağı bildirilir.

İngiltərənin “Arsenal” klubunun yeni baş məşqçisi Mikel Arteta da virus daşıyıcısıdır.

İtaliya futbol klubun oyunçusu Daniel Ruganinin də koronavirus test nəticələri müsbət çıxıb. Artıq bir həftəyə yaxındır ki, futbolçu karantin altındadır. 

“Real Madrid” klubunun basketbol üzrə yığmasının oyunçusus Trey Thomkins də koronavirusa yoluxub. 29 yaşlı futbolçunun komanda yoldaşları da nəzarət altına alınıb.



Xəbərin oxunma sayı : 754




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap